Dmitriy Pavloviç ( ) — Rusiya imperatoru II Aleksandrın nəvəsi, böyük knyaz.
Həyatı 1891-ci ildə Moskvada doğuldu. Atası Böyük knyaz Pavel Aleksandroviç çar III Aleksandrın qardaşı, anası Şahzadə Aleksandra isə Yunanıstan kralı I Georqun qızıdır. Dünyaya gəlişi hadisəli oldu. Belə ki, keçirdiyi qəza səbəbilə doğuşu hələ 7 aylıq ikən şiddətli qanaxmalarla tamamlandı. Doğumundan sonrakı 6 gün boyunca komada qalan anası Şahzadə Aleksandra Moskva yaxınlığındakı İlyinskiy malikanəsində vəfat etdi. Atasının zadəgan olmayan bir xanımla evlənməsinin ardından ailə himayəsindən məhrum qaldı. Bacısı Mariya ilə birlikdə əmisi Böyük knyaz Sergey Aleksandroviç və xanımı Yelizaveta Fyodorovnanın himayəsində böyüdü.
1901-ci ildən etibarən hərbi təlim-tərbiyə almağa başladı. Ancaq 1905-ci ildə əmisinin sui-qəsdlə öldürülməsinin ardından Dmitriy və bacısı Mariya əmisinin dul xanımı Knyaginya Yelizaveta Fyodorovnanın himayəsinə verildi. 1908-ci ildə bacısının evlənərək İsveçə köçməsinin ardından ertəsi il Dmitriy Sankt-Peterburqa köçdü. Burada öncə atasının boş qalmış sarayında, ardından əmisi Sergey Romanovdan miras aldığı Beloselski-Belozerski sarayında yaşadı. Burada hərbi məktəbə qeydiyyata alındı və məzun olmasının ardından Süvari alayında hərbi xidmətə başladı.
1914-cü ilin əvvəlində atası bağışlanaraq ölkəyə geri çağırıldı. Digər yandan bacısı Mariya Pavlovna həmin il boşanaraq Sankt-Peterburqa döndü. Birinci Dünya müharibəsinin başlamasıyla qərb cəbhəsinə göndərilən Dmitriy, çar ailəsi üzərindəki nüfuzundan istifadə edərək ölkəni fəlakətə aparan fırıldaqçı Qriqori Rasputinə qarşı cəbhə aldı. Nəhayət, Vladimir Purişkeviç, Feliks Yusupov və digərləriylə birləşərək 30 dekabr 1916-cı ildə sui-qəsdlə onu öldürdülər.
Sui-qəsddəki iştirakı səbəbilə saraydan qovuldu və İran cəbhəsinə yollandı. 10 yanvar 1917-ci ildə Bakıya çatdı və ertəsi gün Xəzər dənizinin cənub sahillərinə yola düşdü. Ancaq 2 ay sonra Romanovların taxtdan əl çəkdiyi bəyan edildi. Yeni hökumət onu Sankt-Peterburqa dəvət etsə də, çəkinən Dmitriy Tehranda qaldı. Burada Britaniya konsulu tərəfindən himayə edildi. 1918-ci ilin sonlarında konsulun ailəsiylə birlikdə Londona gedən Knyaz Dmitriy burada xalası Mariya Qeorqiyevnanın yanında qaldı. Ardından Londona gələn bacısı Mariya Pavlovna ilə kirayə tutduğu evdə yaşadılar. 1920-ci ildə ailə Parisə köçdü. Bu dövrdə bir çox qadınla eşq yaşadı və bunlardan biri dövrün tanınmış simalarından Koko Şaneldir.
21 noyabr 1926-cı ildə Biarritsdə əslən Amerikalı Ödriy Emeriylə evləndi. Cütlüyün bu nigahdan bir oğlu doğuldu.
Pavel İlyinskiy (1928-2004)
1937-ci ildə cütlük boşandı. 5 mart 1942-ci ildə müalicə aldığı Davosdakı sanatoriyada vəfat etdi.
Qalereya
Mənbə
Ədəbiyyat
Alexander, Grand Duke of Russia. Once a Grand Duke. Cassell, London, 1932, ASIN: B000J3ZFL2 Chavchavadze, David. The Grand Dukes, Atlantic, 1989, Crawford, Rosemary and Donald, Michael and Natasha. Scribner, 1997. Grand Duchess Marie of Russia (ed Russell Lord), Education of a Princess – a Memoir, 1930, ASIN: B000K5SJJ4 Grand Duchess Marie of Russia, A Princess in Exile, 1932, ASIN: B000TG41CS
Nelipa, Margarita. Killing Rasputin: The Murder that Ended the Russian Empire. WildBlue Press, 2017, ASIN: B0716TZ41H Perry, John and Pleshakov, Constantine. The Flight of the Romanovs. Basic Books, 1999, . Van der Kiste, John. The Romanovs 1818–1959. Sutton Publishing, 1999, . Vassiliev, Alexandre. Beauty in Exile: The artist, models and nobility who fled the Russian revolution and influenced the world of Fashion. Harry N. Abrams, 2001. Warwick, Christopher. Ella: Princess, Saint and Martyr, Wiley, 2007 Youssoupoff, Prince Félix, Mémoires. Paris 1990 (reprint). Zeepvat, Charlotte. The Camera and the Tsars. Sutton Publishing, 2004. . Zeepvat, Charlotte. Romanov Autumn: stories from the last century of Imperial Russia. Sutton Publishing, 2000.
İstinadlar