Yunan və Danimarkalı Olqa (; ) — Yunanıstan kralı I Georqun nəvəsi, Yuqoslaviya şahzadəsi.

Həyatı 1903-cü ildə Afinada dünyaya gəldi. Atası Şahzadə Nikolay Yunanıstan kralı I Georqun oğlu, anası Knyaginya Yelena isə Böyük knyaz Vladimir Aleksandroviçin qızıdır. Adını nənəsi Kraliça Olqadan almışdır. Hər il anasının qohumlarını ziyarət etmək məqsədilə Rusiyaya səyahət etdilər. Bu səyahətlər əsnasında çar II Nikolayın qızlarıyla yaxın münasibət qurdular. Birinci Dünya müharibəsi başladığı əsnada Sankt-Peterburqda idilər. 1917 Oktyabr inqilabı və Yunanıstanda muxtariyyətin ləğvindən sonra maddi sıxıntılar çəkməyə başladılar. Sürgün edilən ailə bir müddət Fransada yaşadı.

1920-ci ildə əmisi I Konstantin hakimiyyətini bərpa etsə də, 2 il sonra taxt-tacın itiriləmsi səbəbilə ailə yenidən sürgünə yollandı. San-Remo, Paris və Londonda digər ailə üzvləriylə birgə yaşadı. Hələ sürgünə getmədən öncə 1922-ci ildə Danimarka kralı X Kristianın oğlu vəliəhd-şahzadə Frederiklə nişanlandığı elan edilsə də, bu nişan sonradan pozuldu.

Londonda ikən verilən ziyafətlərin birində Serbiya knyazı Aleksandr Karacorceviçin nəvəsi Yuqoslaviya şahzadəsi Pavellə tanış oldu. Cütlüyün nişanı 26 iyul 1923-cü ildə Londonda elan edildi. Toy mərasimi isə 22 oktyabrda Belqradda baş tutdu. Cütlüyün bu nigahdan 3 övladı doğuldu.

Aleksandr (1924-2016) Nikolay (1928-1954) Yelizaveta (1936-)

Yuqoslaviya kralı I Aleksandr 9 oktyabr 1934-cü ildə Marseldə sui-qəsdə uğradı və xələfi II Pyotr hələ 11 yaşında idi. Beləcə, əri Şahzadə Pavelin rəhbərliyində dövlət şurası quruldu və o, taxt naibi seçildi. Ölkənin birinci xanımı ünvanıyla bir çox dövlət tədbirlərinə qatıldı. Xüsusilə də 1939-cu ildə Bennito Mussolini və Adolf Hitlerlə baş tutan rəsmi görüşlərdə iştirak etdi.

İkinci Dünya müharibəsinin başlamasının ardından Şahzadə Pavel 25 mart 1941-ci ildə ölkəsini Mahvər İttifaqına daxil etdi. Buna etiraz edən yerli əhali və ordu birlikləri üsyan edərək II Pyotrun hakimiyyəti ələ almasını tələb etdi. Şahzadə Pavel, Şahzadə Olqa və 3 övladı ölkədən sürgün edildi. Bu dəyişikliklər Adolf Hitlerin Belqradı bombalaması və ardından işğal etməsiylə nəticələndi. Kenyadakı ingilis müstəmləkə torpaqlarına sürgün edilən cütlük daha sonra bağışlandı və bir müddət Londonda yaşamalarına icazə verildi. Ancaq 1 iyun 1946-cı ilədək sürgünləri davam etdi. 1948-ci ildə Avropaya dönmələrinə icazə verildi.

Ailə öncə İsveçrəyə, ardından Parisə köçdü. 1976-cı ildə dul qalan Şahzadə Olqa Britaniyada yaşamağa başladı. Ömrünün sonlarında alzaymer xəstəsi oldu. 1997-ci ildə Parisdə vəfat etdi.

Qalereya

Mənbə

Ədəbiyyat

İstinadlar

Kateqoriya:Yunanıstanın qadın şahzadələri