Mingəçevir çimərliyi – Azərbaycanın Mərkəzi Aran iqtisadi rayonunda yerləşən Mingəçevir şəhərində çimərlik.
Coğrafiyası Çimərlik Mingəçevir su anbarının sahilində yerləşir.
Təsviri Çimərlik yay mövsumunda fəaliyyətə başlayır. 2017-ci ildə çimərlikdə gündəlik 2 mindən çox insan istirahət edirdi. Çimərlikdə su və qumluq ərazisi təmizdir.
Çimərlik ödənişsiz əsasda fəaliyyət göstərir.
Təhlükəsizlik Mingəçevirin çimərliklərində Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin tabeliyində olan dalğıc-axtarış qrupunun xilasediciləri fəaliyyət göstərir.
İstinadlar
Kateqoriya:Azərbaycan çimərlikləri Kateqoriya:Mingəçevir