Sentyabr qətliamları () — Fransa inqilabı zamanı, 1792-ci il sentyabrın əvvəllərində inqilabçı kütlə tərəfindən Paris, Lion, Versal və digər şəhərlərdə məhbusların kütləvi şəkildə qətlə yetirilməsi.

Parisdə 2–5 sentyabr qətliamları

Seksiyaların qərarları 1792-ci il sentyabrın 2-si səhər saatlarında Parisdə prussiyalıların paytaxta gedən yolu bağlayan sonuncu qala olan Verdeni tutması barədə şayiələr yayılmışdır. Əslində, Verden qalası sentyabrın 2-si axşam saatlarında süqut etmişdi və Parisdə bu barədə yalnız bir gün sonra xəbər tuta bilərdilər.Ревуненков В. Г., с. 217Карлейль, с. 379

Kommuna ümumi səfərbərlik elan etmiş, seksiyalarda təcili surətdə könüllülər toplanaraq silahlandırılmışdır. Eyni zamanda şəhər boyu həbsxanalardakı qəsdçilərin qiyam qaldıracağı barədə söhbətlər dolaşmaqda idi.

Bu hadisələrin və şayiələrin təsiri altında Puassonyer seksiyası bir qərar qəbul etmişdir. Qərarda qeyd olunurdu ki, təhlükələrdən qorunmağın və sərhədlərə yola düşən vətəndaşların fədakarlığını artırmağın yeganə yolu həbsxanalarda saxlanılan bütün bədxahlar və qəsdçilər üzərində dərhal sürətli ədalət mühakiməsinin icra edilməsidir. Bu qərar Parisin digər bütün seksiyalarına göndərilmiş və Lüksemburq, Luvr, eləcə də Fonten-Monmoransi seksiyaları tərəfindən dərhal bəyənilmişdir.Матьез, с. 221 Kenz-Ven seksiyası öz qərarında vətəndaşlar orduya getməzdən əvvəl qəsdçilərin ölüm cəzasına məhkum edilməsini tələb etmişdir. Yuli hamamları seksiyasının iclasında təkcə həbsxanalardakı məhbusların yox, həmçinin bütün zadəganların və ədalətsiz hakimlərin də ölüm cəzasına məhkum edilməsi təklifi səsləndirilmişdir.

Sen-Jermen abbatlığı

Qətliamlar Sen-Jermen abbatlığının həbsxanasındakı məhbuslara hücumla başlamışdır. Sentyabrın 2-si gündüz saat ikinin yarısı radələrində kütlə içərisində abbatlıq həbsxanasına aparılan otuz nəfər həbs olunmuş ruhaninin olduğu altı kareti hədəf almışdır. Onların hamısı qılınc zərbələri ilə qətlə yetirilmiş, yalnız kar-lallara göstərdiyi qayğıya görə tanınan və onlara işarə dilini öyrədən abbat Sikar sağ buraxılmışdır. Sikar onu tanıyan sankülotlar tərəfindən xilas edilmişdir.Ревуненков В. Г., с. 218Карлейль, с. 382Ламартин, с. 150

Bundan sonra kütlə abbatlığa soxularaq oradakı məhbusları qətlə yetirməyə başlamışdır. Bu zaman kameralardan birində fəaliyyət göstərən "xalq tribunalı" yaradılmışdır. Tribunala Bastiliyanın alınmasının fəal iştirakçısı və 5–6 oktyabr 1789-cu il tarixlərində qadınların Versala yürüşünün rəhbəri olan Stanislav Mayyar başçılıq edirdi. Tribunalın əlində məhbusların siyahısı var idi və bu siyahı üzrə çağırılan şəxslər qısa sorğu-sualdan sonra ya sərbəst buraxılır, ya da ölümə məhkum edilərək abbatlığın həyətində tüfəng atəşi, qılınc və nizə zərbələri ilə öldürülürdü. "Məhkəmə" iclasları olduqca qısa çəkir, bəzi seksiyaların və hakimiyyət orqanlarının bir neçə məhkumun xilas edilməsi barədə xahişləri isə xainlər üçün edilən xahişlərin faydasız olduğu arqumenti ilə rədd edilirdi.Карлейль, с. 387Ленотр, с. 130—131

Abbatlıqdakı tribunal inqilabi hakimiyyət orqanları tərəfindən müəyyən dərəcədə tanınmışdı. Sentyabrın 3-nə keçən gecə Mayyar və onun tərəfdaşları Kommunanın müşahidə komitəsinin iki üzvü — Panis və Serjan tərəfindən imzalanmış göstəriş almışdılar. Göstərişdə yoldaşlara abbatlıqdakı bütün məhbusları fərq qoymadan mühakimə etmək əmr olunurdu, yalnız abbat Lanfanın təhlükəsiz yerə aparılması istisna edilirdi. Bu məktub əslində yalnız qardaşı Paris Kommunasının müşahidə komitəsinin üzvü olan Lanfanı xilas etmək məqsədilə yazılmışdır, lakin sentyabr qətliamlarının iştirakçıları tərəfindən öz hərəkətlərinin hakimiyyət tərəfindən bəyənilməsi kimi qiymətləndirilmişdir.

"Xalq tribunalı" ilk növbədə abbatlıqda saxlanılan 150 nəfər isveçrəlinin taleyini həll etmişdir. Mayyar qısa çıxışında onların 10 avqustda xalqı qətlə yetirdiklərini bəyan etmiş, bundan sonra onların hamısı öldürülmüşdür. İsveçrəlilərin bir hissəsi diz çökərək kütlədən rəhm diləmişdir, lakin əksəriyyəti ölümü mərdliklə qarşılamışdır.Ламартин, с. 152—153

Daha sonra kralın şəxsi mühafizəçiləri və 10 avqustda kralın tərəfində duran milli qvardiyanın komandirləri qətlə yetirilmişdir.Ламартин, с. 154

Abbatlıqda kral ailəsinin yaxın adamları, o cümlədən keçmiş nazir Monmoren, kralın birinci kamerdineri Tyeri və digərləri həlak olmuşdur.

Parisdə yayılan şayiələrə görə, Əlillər evinin qubernatoru Sombrelin qızı ilə bağlı hadisə məhz bu abbatlıqda baş vermişdir. Sombrel "xalq tribunulu" tərəfindən ölümə məhkum edilmiş, qızı isə qatillərin ona uzatdığı stəkandan qan içərək atasının bağışlanmasına nail olmuşdur.Ламартин, с. 157—158Карлейль, с. 384

Bəzi məlumatlara görə, abbatlıqda 270-ə yaxın insan həlak olmuşdur.Ленотр, с. 127

Mənbə

İstinadlar

Ədəbiyyat Адо А. В. Из примечаний к 3-му т. «Социалистической истории Французской революции» Жана Жореса (в 6 тт., 1970—1973 гг. издания) Ревуненков В. Г. История Французской революции. — СПб.: Изд-во СЗАГС; Изд-во «Образование-Культура», 2003. — с. 776. ISBN 5-88857-108-3, ISBN 5-89781-107-5 Альбер Матьез Французская революция. В 3 тт. / перевод с франц. К.Цидербаума, С.Лосева. М., 1928—1930. Переиздано: Р-н-Д, Феникс. 1995. 576 с. ISBN 5-85880-101-3 Левандовский А. П. Дантон. М.: Молодая гвардия,1964. 384 с. Молчанов Н. Н. Монтаньяры — М.: Молодая гвардия, 1989. — с. 558. ISBN 5-235-00684-4 Кинэ Эдгар Революция. М.: Издатель Уманский С. Я., 1908. 289 с. Карлейль Томас Французская революция. История. М.: Мысль, 1991. 575 с. ISBN 5-244-00420-4 Ламартин Альфонс Жирондисты. — СПб.: Издание «Экспедиционно-Комиссионное дело», 1911. т. II, с.408 Ленотр Жорж Повседневная жизнь Парижа во времена Великой революции. — М.: Молодая гвардия, 2006. — с. 335. ISBN 5-235-02936-4 Генифе Патрис Политика революционного террора 1789—1794. М.: Едиториал УРСС, 2003. 320 с. ISBN 5-354-00221-4 Kateqoriya:Böyük Fransa inqilabı Kateqoriya:Fransa həbsxanaları Kateqoriya:Fransada terror hadisələri