Polipoliya — bazarda məhdudiyyətsiz sayda satıcının və məhdudiyyətsiz sayda alıcının fəaliyyət göstərdiyi (iri satıcıların sayının minimum olduğu) və eyni zamanda rəqabət qanunlarının (Adam Smitin "Görünməz əl" nəzəriyyəsinin) tam şəkildə qüvvədə olduğu vəziyyət.Heinrich von Stackelberg, Marktform und Gleichgewicht, 1934, S. 195Uta Neumann, Das Marktphasenschema, 1997, S. 38
Təsviri Çoxsaylı alıcının qarşısında unikal əmtəənin, xidmətin və ya fəaliyyət növünün yeganə tədarükçüsünün mövcud olduğu monopoliya, habelə bazarda az sayda satıcının dominantlıq etdiyi oliqopoliyadan fərqli olaraq, polipoliya zamanı çoxlu sayda satıcı (tədarükçü) və çoxlu sayda alıcı (istehlakçı) mövcud olur. Bununla belə, həm birincilərin, həm də ikincilərin say nisbəti rəqabətin qorunub saxlanılması üçün kifayət edir.Полиполия : [арх. 17 октября 2022] / А. Н. Дубянский // Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов. — М. : Большая российская энциклопедия, 2004—2017.
Polipoliya zamanı əlavə olaraq çoxlu sayda təklif edənin (təklif polipoliyası) və ya çoxlu sayda tələb edənin (tələb polipoliyası) mövcudluğu fərqləndirilə bilər. Tam rəqabət şəraitində eynicinsli (homogen) əmtəənin heç bir maddi, şəxsi, məkan və zaman öncəliyi olmadan ticarət edildiyi və tam bazar şəffaflığının hökm sürdüyü vəziyyət homogen polipoliya adlanır.Insa Sjurts (Hrsg.), Gabler Lexikon Medien Wirtschaft, 2004, S. 463 Bu şərtlərdən hər hansı biri olmadıqda, müxtəlifcinsli əmtəələrin mövcud olduğu heterogen polipoliya formalaşır. Homogen polipoliya bazar forması reallıqdan uzaq olur, lakin birjalar bu ideal vəziyyətə ən çox yaxınlaşan nümunələr hesab olunur.Insa Sjurts (Hrsg.), Gabler Lexikon Medien Wirtschaft, 2004, S. 463 Mükəmməl bazarda homogen polipoliyalar tam rəqabəti, qeyri-mükəmməl bazarda heterogen polipoliyalar isə monopolistik rəqabəti şərtləndirir.Ulrich Baßeler/Jürgen Heinrich/Burkhard Utecht, Grundlagen und Probleme der Volkswirtschaft, 2002, S. 171
İqtisadi aspektlər Bazarın bir (və ya hər iki) tərəfində (təklif və tələb) çoxlu sayda bazar iştirakçısı olduğundan, bu çoxsaylı iştirakçıların heç biri qarşı tərəfə öz maraqlarını diqtə edə biləcək bazar gücünə sahib deyil. Bu yolla iştirakçılar arasındakı rəqabət maksimum səmərəliliyə gətirib çıxarır, buna görə də polipoliyalar həmçinin "bazar iqtisadiyyatının mümkün olan ən yaxşı bazar forması" kimi xarakterizə edilə bilər. Oliqopoliya və ya oliqopsoniyadan fərqli olaraq, iştirakçıların sayı o qədər çoxdur ki, bazar iştirakçılarının əlaqəli davranışı, yəni qarşı tərəfi aldatmaq məqsədi daşıyan kartellərin yaranması ehtimalı olduqca aşağıdır.Polypol – Definition im Duden Wirtschaft, online bei der Bundeszentrale für politische Bildung
Mükəmməl bazarda tədarükçülər və ya istehlakçılar cüzi bazar paylarına görə bazar qiymətinə təsir göstərə bilmirlər. Bu səbəbdən onlar qiymət qəbul edənlər rolunda çıxış edirlər.Dirk Piekenbrock, Gabler Kompakt-Lexikon Volkswirtschaft, 2003, S. 314 Qiymət qəbul edən şəxs maksimum mümkün həcmdə, yəni istehsal gücünün son həddində istehsal həyata keçirdikdə maksimum mənfəət əldə edir. Bir qayda olaraq, əmtəə bazarları qeyri-mükəmməldir. Bu o deməkdir ki, tədarükçülər qiymət təyin edənlərnqismində çıxış edirlər və öz qiymətlərini müəyyən etmək üçün müəyyən sərbəstliyə malikdirlər, lakin qiyməti artırdıqda satış həcminin azalması ilə qarşılaşmalı olurlar. Hətta monopolist də öz qiymətlərini istədiyi qədər yüksək təyin edə bilməz, çünki müştərinin hər zaman məhsuldan imtina etmək imkanı mövcuddur. Burada tələbin elastikliyi nə qədər yüksək olarsa, polipoliya və monopoliyadakı bazar qiymətləri və həcmləri bir-birinə bir o qədər yaxın olar və monopolistin bazar gücü bir o qədər zəifləyər.Ricarda Kampmann/Johann Walter, Mikroökonomie: Markt, Wirtschaftsordnung, Wettbewerb, 2010, S. 138 f.
Erik Qutenberqin ikiqat sındırılmış qiymət-satış funksiyası biznes iqtisadiyyatında nəzəri cəhətdən əsaslandırılmış hesab olunur və həm polipoliya, həm də oliqopoliya üçün empirik olaraq dəfələrlə özünü doğrultmuşdur.Hermann Diller (Hrsg.), Handbuch Preispolitik, 2008, S. 79 Qutenberq qeyd edirdi ki, funksiyanın nisbətən qeyri-elastik olan orta hissəsində qiymət dəyişiklikləri tələbdə yalnız cüzi dəyişikliklərə səbəb olduğu halda, elastik kənar sahələrdəki qiymət dəyişiklikləri tələbin kəskin şəkildə dəyişməsinə yol açır. Qutenberqin fikrincə, qiymət-satış funksiyasının fundamental gedişatı həm polipoliyada, həm də oliqopoliyada eynidir.Erich Gutenberg, Grundlagen der Betriebswirtschaftslehre, Band 2: Der Absatz, 17. Auflage, 1984, S. 291 f.
İstinadlar
Kateqoriya:İqtisadi terminlər Kateqoriya:Bazar strukturları