Polşadakı May çevrilişi () — 1926-cı ilin may ayında Polşada baş verən hərbi çevriliş idi.
Çevriliş 12-14 may tarixlərində Yuzef Pilsudskinin rəhbərliyi altında baş verdi. O, rəsmi olaraq nazir vəzifələrində çalışsa da, 1935-ci ilə qədər hərbi diktatura qurdu. Bu hərbi çevriliş Almaniya və SSRİ ilə davam edən münaqişələr fonunda baş verən kifayət qədər radikal dövlət islahatları dövrünün başlanğıcını qeyd etdi.
Tarixi 17 mart 1921-ci ildə Təsis Seymi tərəfindən respublika quruluşunu təsdiqləyən konstitusiya qəbul edildi.** Ümumi, bərabər və gizli proporsional səsvermə yolu ilə 5 il müddətinə seçilən, Seym və Senatdan ibarət iki palatalı parlament – Milli Məclis yaradıldı.
1922-ci ildə Yuzef Pilsudski dörd il müddətinə fəal siyasi fəaliyyətdən uzaqlaşdı, lakin 1926-cı ilin mayında ona sadiq hərbi hissələrdən istifadə etdi. Pilsudskini həmçinin Varşavanın Sosialist Fəhlə Milisi dəstəklədi.
Həmin dövrdə prezident Stanislav Voysexovski və baş nazir Vintsenti Vitos tərəfindən müdafiə olunan Varşava uğrunda döyüşlər üç gün davam etdi. Döyüşlər zamanı 215 hərbçi və 164 mülki şəxs həlak oldu, təxminən 1000 nəfər yaralandı.
Y. Pilsudski hakimiyyəti öz əlinə aldı və “sanasiya” (yəni dövlətin sağlamlaşdırılması) siyasətini elan etdi. Yeni Seym Pilsudskini prezident vəzifəsinə seçdi, lakin o, bu vəzifədən imtina etdi. Yuzefin təklifi ilə professor İqnatsı Moşçitski prezident, Aleksandr Skjinski isə baş nazir oldu. Polşa tarixində “polkovniklər hakimiyyəti” dövrü başlandı, çünki Pilsudskinin ətrafı əsasən fəaliyyətdə olan zabitlərdən və ya Polşa Ordusunun veteranlarından ibarət idi.
Dövlət çevrilişindən sonra Polşada Y. Pilsudski və onun yaxın silahdaşlarının rəhbərliyi altında avtoritar sanasiya rejimi quruldu. Bu rejim Polşa Konstitusiyasının əsas prinsiplərini faktiki olaraq aradan qaldırırdı.
Ümumilikdə, Pilsudski rejimi və parlamentdə onu dəstəkləyən Hökumətlə Əməkdaşlıq üzrə Partiyasız Blok sağ-mərkəzçi, mühafizəkar-paternalist xarakter daşıyırdı. Rejimin məqsədi cəmiyyətin mənəvi dəyərlərini avtoritar üsullarla bərpa etmək idi. Bu baxımdan o, Mikloş Hortinin Macarıstandakı, Antonio de Oliveyra Salazarın Portuqaliyadakı və İoannis Metaksasın Yunanıstandakı rejimlərinə bənzəyirdi. Hakimiyyətinin son illərində, 1935-ci ilin aprelində Pilsudski hökuməti “Aprel Konstitusiyası” adlanan yeni konstitusiyanın qəbul edilməsinə nail oldu. Bu konstitusiyadan İkinci Dünya Müharibəsi illərində sürgündə fəaliyyət göstərən Polşa hökuməti istifadə etmişdir.
İstinadlar Kateqoriya:1926-cı ildəki münaqişələr Kateqoriya:Polşa tarixi