Yeddinci kanal ( "Aruts Şeva"), "Israel National News" ("İsrail Milli Xəbərləri") kimi də tanınır — dini sionizmlə eyniləşdirilən İsrail media şəbəkəsi. İvrit, ərəb, ingilis və rus dillərində onlayn xəbər məqalələri, eləcə də canlı yayım radio, video və pulsuz podkastlar yayımlayır. Həmçinin həftəsonu tirajına görə ölkədə üçüncü yerdə olan həftəlik "B'Şeva" qəzetini nəşr edir.

Tarixi 1970-ci illərdə sülhsevər mesajlar yayan "Sülhün Səsi" adlı ofşor radiostansiyası fəaliyyətə başladı. Buna cavab olaraq, ravvin Zalman Barux Melamed 1988-ci ildə Fələstin Azadlıq Təşkilatı ilə danışıqlara qarşı çıxan israillilərə yönəlmiş Aruts Şeva radiostansiyasını qurdu. Beyt El yaşayış məntəqəsində yerləşən stansiya, Aralıq dənizindəki "MV Eretz HaTzvi" gəmisindən İsrail radio dalğalarında yayımlanırdı. Bu, ilk internet radio stansiyalarından biri idi və "RealPlayer" proqramı üçün beta test cihazı kimi istifadə edilmişdir. 1996-cı ildən 2002-ci ilə qədər Yeddinci kanal rus dilində yayımlanırdı. 2003-cü ildə Yeddinci kanal leqallaşdırılma cəhdləri uğursuz olduqdan sonra radiostansiya fəaliyyətini dayandırdı.

2020-ci ildə "Reuters" agentliyi Aruts Şeva, "Algemeiner", "The Times of Israel" və "The Jerusalem Post" qəzetləri uydurma bir şəxsin adı altında yazılmış məqalələr dərc etdiyini bildirmişdi. Müəllif kimi təqdim olunan Oliver Teylorun "müfəssəl mistifikasiya" olduğu iddia edildi.

Hüquqi mübahisə 1999-cu ilin fevral ayında Knesset Yeddinci kanala lisenziya verən və onu keçmişdə qanunsuz yayıma görə məsuliyyətdən azad edən qanun qəbul etdi; lakin bu qərardan İsrail Ali Məhkəməsinə şikayət verildi və məhkəmə 2002-ci ilin mart ayında qanunu etibarsız elan etdi. 2003-cü ilin oktyabr ayında Yeddinci kanalın on əməkdaşı 1995-98-ci illər ərzində həm İsrail ərazi suları daxilində, həm də Beyt El ərazisində qanunsuz radio stansiyası idarə etməkdə ittiham olundu. Təqsirləndirilən şəxslər cərimələnmiş və 3-6 ay ictimai işlərə məhkum edilmişdilər. Prokurorluq daha ağır cəzalar tələb edərək apelyasiya şikayəti verdi, lakin apelyasiya məhkəməsi işin aparılma tərzinə görə prokurorluğu kəskin tənqid etdi; prokurorlara apelyasiya şikayətini geri götürmək təklif olundu, əks halda onlara bildirildi ki, məhkəmə prosesi boyunca prokurorların davranışları ilə bağlı araşdırma aparılacaq. Stansiya sədri Yaakov "Katsele" Kats yayımların yeri barədə yalan danışdığına görə iki yalan ifadə verməkdə təqsirli bilindi. 2006-cı ildə Kats prezident Moşe Katsav tərəfindən əfv edildi.

Bölmələri

İnternet Yeddinci kanala aid veb-sayt 1995-ci ildən bəri fəaliyyət göstərir. Baş redaktor Barux Qordondur, onun sələfiləri Hillel Fendel və Uzi Barux idilər. Hazırda ivritcə, ingiliscə və rusca olan saytın üç versiyası mövcuddur. Buraya xəbər məqalələri, xəbər brifinqləri, videolar, məqalələr, yəhudilik bölməsi, rəy sorğuları və karikaturalar daxildir. Burada xəbər aparıcısı və prodüser Yoni Kempinski, Knesset müxbiri Hezki Ezra, xarici müxbir Eliran Aharon və başqaları ilə birlikdə ivrit və ingilis dillərində onlayn videolar yayımlanır. Yeddinci kanalın musiqi qutusu israil, hassidik və mizrahi mahnıları da daxil olmaqla müxtəlif yəhudi musiqilərini, eləcə də yəhudi bayramları və xüsusi tədbirlər üçün musiqi əsərlərini təqdim edir.

Nəşriyyat "TGI" sorğusuna görə, "B'Şeva" 6,8% oxuma nisbəti ilə İsrailin ən çox oxunan üçüncü həftəlik qəzetidir. Qəzet 150.000-dən çox evə pulsuz paylanır.

Siyasi mövqeyi Yeddinci kanal özünü "mənfi düşüncə" və "postsionizm" münasibətlərə qarşı bir tarazlıq kimi görür. O, İsrail köçkün hərəkatı ilə əlaqələndirilir.

İstinadlar

Kateqoriya:1988-ci ildə İsraildə yarananlar Kateqoriya:Komyuniti-radio stansiyaları Kateqoriya:İngilis dilində radiostansiyalar Kateqoriya:İngilis dilində veb-saytlar Kateqoriya:Keçmiş pirat radiostansiyaları Kateqoriya:İvrit dilində veb-saytlar Kateqoriya:İnternet radiostansiyaları Kateqoriya:İsrail xəbər veb-saytları Kateqoriya:Yəhudi radiosu Kateqoriya:Yəhudilər və iudaizm haqqında veb-saytlar Kateqoriya:İsrail media şirkətləri Kateqoriya:Çoxdilli xəbər xidmətləri Kateqoriya:Çoxdilli veb-saytlar Kateqoriya:Ofşor radio yayımçıları Kateqoriya:İsrail radiostansiyaları Kateqoriya:Dini sionist təşkilatlar Kateqoriya:Rus dilində veb-saytlar