() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.

Botaniki xarakteristikası Çılpaq, göyümtül, çoxillik ot bitkisidir. Gövdələri çox sayda, qalxan, bəsit sıxyarpaqlı, 15-40 sm hündürlükdədir. Gövdə yarpaqları oturaq, ətli, uzunsov-kürəkvari və ya rombvari, tərs–yumurtavari, qaidədə pazvari, sivriləşmiş və ya iti uclu, kənarları qabırğavarı dişlidir, 10-25 mm uzunluğundadır. Sarğı yarpaqları dairəvi və ya tərs yumurtavari, 8-15 mm uzunluğunda, qısa iti uclu, sarğı yarpaqcıqları 2, dairəvi, rombvari və ya üçbucaq–böyrəkşəkilli, qaidədə zəif ürəkvari, xırda dişlidir. Qədəhcik zəngçiçəyi quruluşunda, 3-3,5 mm diametrində, ağzı iridir. Qutucuq yumurtavari-üçtilli, 5-6 mm uzunluğunda, hamardır. Toxumları uzunsov, ağ, hamar, iri konusvari-yumurtaşəkilli, iti çıxıntılıdır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə dövrü may, meyvə əmələ gətirmə iyun aylarına təsadüf edir. Toxumla çoxalır. Kserofitdir. Orta dağ qurşağının quru, daşlı-çınqıllı yamaclarında, Astragalus hohenackeri+Acantholimon hohenackeri və Pimpinella aureum+Bilacunaria microcarpa+Satureja spicigera assosiasiyalarınının tərkibində rast gəlinir. Dərman bitkisidir.

Yayılması Diabar (Lerik rayonu – Kələvəz kəndi, Qayalıq ərazi, Zərinqala, Лosmolayan, Şonaçola kəndləri, Kosmalyan-Kəlvəz-Görtəpə-Mistan-Digov dağları, Cəngəmiran kəndi ilə Pirzəkücə arası, Pirəsora kəndi); Naxçıvan düzənliyi (Babək və Şərur rayonu).

Sayı və tendensiyası Populyasiyanın məhdud sahələrdə yayılması və mənfi təsirlərə məruz qalması azalma tendensiyasını sürətləndirir.

Məhdudlaşdırıcı amillər Antropogen amillər (xırdabuynuzlu heyvanlar tərəfindən tapdalanma).

Mühafizə tədbirləri Yayılma yerlərində antropogen təsirlərin azaldılması, bərpasının təmin edilməsi təklif olunur.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax