() — aləminin dəstəsinin fəsiləsinin cinsinin növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir — VU D2. Qafqazın endemik növüdür.
Qısa morfoloji təsviri Çoxillik ot bitkisidir. Gövdəsi 1 m hündürlüyündə, düz, budaqlanandır. Yarpaqlar ikiqat-üçlü, uzun saplaqlı, uzunsov–yumurtavari və ya uzununa ellipsi formalıdır, hər iki kənardan daralmış hissəli, 6-12 sm uzunluğunda, üstdən göyümtüldür. Çiçəkləri solğun–sarı və ya sarıdır. Ləçəkləri 4-6 sm uzunluğunda olur. Yarpaqcıq 2-5 sm uzunluqda, 1-1,5 sm enində, sıx sarımtıl tüklərlə örtülmüş, qövsvari çevrilmişdir. Meyvələri buynuz şəklində qutucuq meyvədir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləməsi may, meyvə verməsi may-iyun aylarına təsadüf edir. Orta dağ qurşağında meşə talalarında, meşə kənarlarında, kolluqlarda rast gəlinir.
Yayılması Lənkəranın dağlıq (Lerik rayonu) və Böyük Qafqazın qərb hissələri (Zaqatala rayonu).
Sayı və tendensiyası Populyasiyanın sayı kəskin azalır, ətraf mühit amillərinə həssaslığı və xüsusi yaşayış mühitinə tələbkarlığı müşahidə olunur.
Məhdudlaşdırıcı amillər Yaşayı mühitinin deqradasiyası (yayıldığı fitosenozlarda palıd və qaratikanların qırılması).
Mühafizə tədbirləri Arealların ciddi nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması. Toxumla çoxalan, xüsusi şəraitdə olduqca tələbkar bitkidir.
Sinonimləri Homotipik sinonimləri
İstinadlar
Həmçinin bax