Ruprext qərənfili (Elmi adı - Dianthus ruprechtii Schischk. ) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. 

Qısa morfoloji təsviri Çoxillik su bitkisidir. Gövdələri düz, 20—35 (50) sm hündürlükdədir. Yarpaqları qalxan, oturan, xətvari, 1,5-2 mm enində, bizvari—sivriləşmiş, tünd – uclu, kənardan nahamar, əsasında 6-8 mm uzunluqda qınla bitmişdir. Çiçəkləri oturaq gövdənin yuxarı hissəsində sıx yığılmış haldadır. Kasacıq 15—17 mm uzunluqda, silindrik şəkildə, tünd-qara, bənövşəyi rəngdədir. Yumurtavari,lansetli, iti dişlidir. Yarpaq ayası tünd, tərs – yumurtavari, 4-5 mm uzunluğunda, kənarları dişlidir.Azərbaycan Respublikasının Qırmızı Kitabı Nadir və nəsli kəsilməkdə olan növlər. 2-ci nəşr. Bakı-2013

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə--meyvə əmələgətirmə dövrü iyun-iyul (avqust) aylarına təsadüf edir. Toxumla çoxalır. Subalp qurşağında, çəmənlərdə, taxıl, müxtəlifotlu quruplaşmalarda rast gəlinir, quraqlığa nisbətən davamlı, işıqsevəndir.Флора Азербайджана, 1953Флора СССР, 1935

Yayılması Böyük Qafqazın Quba hissəsi (Quba rayonu- Qonaqkənd və Hapıt kəndləri arası).

Sayı və tendensiyası Populyasiyanın sayı azalır, yaşama ərazisi məhdudlaşır, antropogen amillər azalma təhlükəsini artırır.Məmmədov Q., Yusifov E., Xəlilov M., Kərimov V., 2012

Məhdudlaşdırıcı amillər Otarılma, tapdalanma, biçənək.

Mühafizə tədbirləri Xüsusi qorunma tədbirləri aparılmır. Yeni yayılma yerlərinin aşkar edilməsi, toxumlarının toxum banklarında saxlanılması, introduksiya, bitdiyi əraziilərin nəzarətə alınması.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Nəsli kəsilməyə həssas olanlar