() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.
Botaniki xarakteristikası Gövdəsiz əsasəndə güclü budaqlanan, 10-20 sm hündürlükdə, boz-göyümtül birillik ot bitkisidir. Yarpaqları 1-5 sm uzunluqda, növbəli, oturaq, yuxarı hissədə sarımtıl, konusabənzər bizvari tikanlıdır. Çiçəklər yarpaq qoltuğunda təkdir, yumurtayabənzər, tikanlı, otvari 2 çiçəkaltlıqlıdır. Erkəkciyi 4, tozcuğu 1-1,5 mm uzunluqda, xətvari, qabarıq oturacaqlıdır, sarı, narıncı və ya göyümtül, uzunsov çıxıntılıdır, tozluğun ölçüsünə bərabər və ya uzundur. Yumurtalıq iki uzun dişicik ağızcıqlıdır. Dişicik ağzı sapvari, 2-3 mm uzunluqdadır, 2-6 dəfə sütuncuqdan uzundur. Meyvəsi 3, 5mm uzunluqda, yumurtavaridir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə və meyvəverməsi dövrü iyun-sentyabr aylarına təsadüf edir. Kserofit, işıqsevən, duzlaşmaya davamlıdır. Toxumla çoxalır. Düzən sahələrdə taxıllı –şorangəlik qruplaşmaları əmələ gətirir.
Azərbaycanda yayılması Naxçıvan düzənliyi (Böyükdüz, Duzdağ ətrafı).
Sayı və tendensiyası Yeganə lokalitetində antropogen təsirləri azalma təhlükəsini sürətləndirir.
Məhdudlaşdırıcı amillər Ekoloji və antropogen amillər (otarılma, tapdalanma).
Mühafizə tədbirləri Mühafizə üçün xüsusi tədbirlər aparılmır. Biotoplarda antropogen təsiri azaltmaq məqsədilə yasaqlıqların təşkili populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma sahələrinin axtarılması təklif olunur.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax