Laptevlər dənizi (, ) — Şimal Buzlu okeanın akvatoriyasına daxil olan dəniz. Sibirin şimalında, Taymır yarımadası, Şimal Torpağı (qərb) və Yeni Sibir adaları (şərq) arasında yerləşir. Dəniz rus qütb tədqiqatçıları, iki əmioğlu Dmitri və Xariton Laptevlərin şərəfinə adlandırılmışdır. Dəniz sərt kontinental iqlimə və 0 °C-dən aşağı temperatura malikdir. Bütün Arktik dənizlərdə olduğu kimi duzluğu nisbətən zəifdir. İlin on ayı buzla örtülü olur. Əsasən avqust və sentyabr ayları buzdan azad olur. Kasıb flora və faunaya malikdir.

Adalarının bir çoxunda yaxşı qalmış mamont qalıqları vardır. Dəniz dibində zəngin faydalı qazıntıların olması ehtimalı yüksəkdir. Üstəlik o Şimal dəniz yolu üzərində yerləşir. Balıqçılıq və ov az miqdarda həyata keçirilsə də sənaye əhəmiyyəti yoxdur. Sahilində yerləşən ən böyük yaşayış məntəqəsi və limanı Tiksi qəsəbəsidir. Sahilləri inzibati baxımından Rusiya Federasiyasının Krasnoyarsk diyarı (Taymır Dolqan-Nenes rayonu) və Saxa Respublikası (Ust-Yana, Bulunski və Anabar ulusları) ərazisinə daxildir.

Etimologiyası və adlanması

Tarixin gedişatında dənizə müxtəlif isimlər verilmişdir. Belə ki, XVI – XVII əsrlərdə dəniz Tatar və ya Lena dənizi adlandırılırdı. XVIII – XIX əsrlər ərzində isə Sibir və Buzlu dənizləri kimi xəritələrdə öz əksini tapırdı. 1883-ci ildə qütb tədqiqatçısı Frityof Nansen dənizə Nordenşeld adını verir. 1906-cı ildə leytenant Aleksandr Kolçakın İmperator Elmi Akademiyasında çap edilən «Kara və Sibir dənizlərinin buzları» monoqrafiyasında müəllif Sibir dənizi adını müzakirə edərək «bəzi coğrafiyaçılar tərəfindən qəbul edilmiş» «Nordenşeld dənizi»Синюков, В. В. Александр Васильевич Колчак : Ученый и патриот : в 2 ч./ В. В. Синюков; отв. ред. А. П. Лисицын ; Ин-т истории естествознания и техники им. С. И. Вавилова РАН. — М.: Наука, 2009. — ISBN 978-5-02-035739-6. Ч.1 : Начало жизненного пути и арктические исследования. ▬ 293 с. ▬ ISBN 978-5-02-035740-2 (в пер.), С. 270 terminini mübahisə etmişdir: 1913-ci ildə Rusiya Coğrafiya Cəmiyyətiin üzvü, okeanoqraf Yuli Şokalski tərəfindən dənizin indiki adı təsdiqlənir. Belə ki, bu ad Şimal Buzlu okeanın tədqiqində böyük rolu olan iki əmioğlu Dmitri və Xariton Latevlərin şərəfinə verilmişdir. Bu ad son olaraq SSRİ MİK tərəfindən 1935-ci ilin 25 iyununda təsdiqlənmişdir.

Akvatoriyası və sərhədləri thumb|left|230px|Laptevlər dənizinin Beynəlxalq Hidroqrafiya Təşkilatı tərəfindən müəyyənləşdirdiyi sərhədi Beynəlxalq Hidroqrafiya Təşkilatı Laptevlər dənizin sərhədlərini bu formada təyin etmişdir: Qərbdə Kara dənizi, Arktiçeski burnundan (Komsomoles adası) Cənub-Şərq burnuna, Oktyabr İnqilabı adasında yerləşən Voroşelov burnundan Anyaçina burnuna, Bolşevik adasındakı Evqenova burnundan Pronçişeva burnuna qədər. Şimalda Molotov burnu və şimal qutaracağında isə Kotelnı adası. Kotelnı adasının şimal qutaracağında yerləşən Medvejı burnundan Kiçik Lyaxovski adasına, oradanda Böyük Lyaxovski adasındakı Vaqina burnu, oradanda Svetoy burnuna qədər. IBCAO (International Bathymetric Chart of the Arctic Ocean) verdiri məlumata görə dənizin şimal sərhədi (Komsomoles və Kotelnı adaları arasında) Kotelnı adasının şimalındakı Materik Şelf xətti nöqtəsindən keçir (). Laptevlər dənizinin sahil xəttinin ümumi uzunluğu 1300 km təşkil edir. Sahil xətti olduqca girintili-çıxıntılı olması səbəbindən burada çoxlu sayda körfəz və buxta vardır. Cənub və qərb sahilləri materik, şimal-qərb və şərqi isə adalarla ətahələnmişdir. Şimalı isə bir başa Şimal Buzlu okeana açılır.

Fiziki coğrafi yerləşməsi thumb|220px|Lena deltası Dəniz səthinin sahəsi 672,000 km², həcmi 363,000 km³ təşkil edir. Dənizə axan ən iri çay Lenadır (Artikaya axan Yeniseydən sonra ikinci iri çay). Çay mənsəbdə böyük delta əmələ gətirir. Dənizə həmçinin Xatanqa, Anabar, Yana və Olenok çayları axır.

Sahilləri güclü parçalanmış və böyük həcmli körfəz və buxtalar əmələ gəlmişdir. Sahil xətti müxtəlifliyi ilə seçilir və hündür olmayan dağlar səciyəvidir. Bununla belə sahil xəttinin böyük hissəsi düzəndir. Böyük körfəzləri: Xatanqa, Olenok, Faddey, Yana, Anabar, Mariya Pronçişeva (buxta), Tiksi (buxta), Anabar (buxta), Tereza Klavenes, Kojevnikov (buxta), Matuseviç, Nerpalax, Nordvik (buxta), Oqonnyor-Kubata, Spartak (buxta), Sims, Ebelyax və Buor-Xaya. Dənizdə sahəsinə görə olduqca iri olan adalar vardır. Buzların ekzarasiya fəaliyyəti adaların erroziyasına səbəb olur. Hələ 1815-ci ildə kəşf edilən Semennovski və Vasilevski adaları bu fəaliyyət nəticəsində dənizin dibinə çökərək yoxa çıxmışdır. Ən iri arxipelaqları: Şimal Torpağı, Komsomol həqiqəti, Yeni Sibir və Faddeydir. İri tənha adaları: Böyük Beqiçev (1764 km²), Belkovski (500 km²), Malıy Taymır (260 km²), Stolbovoy (170 km²), Starokadomski (110 km²), Qumlu (17 km²) (Laptevlər dənizi adaları).

Dib relyefi Sahilə yaxın ərazilərdə dəniz dibi 50 m dərinliyə malikdir, ən dərin yeri 3385 m, orta dərinliyi 540 m təşkil təşkil edir. Dənizin dibinin yarıya qədərini (53 %) materik qabığı təşkil edir və dərinlik 50 metri aşmır. Üstəlik dənizin cənub hissəsi, 76 dərəcə paralelinədək olan ərazilərdə dərinlik 25 metri keçmirArnoldus Schytte Blix (2005) Arctic animals and their adaptations to life on the edge , ISBN 82-519-2050-7 pp. 57-58. Şimal hissədə isə dib relyefi birdən-birə uçurum şəklində okean qabığına keçir və dərinlik bir kilometri aşır. Dənizin dayaz hissələri əsasən qum və lil ilə örtülü olur. Sahillərində çınqıl və iri qaya parçalarına rast gəlinir. Sahil hissələrində yağıntılar yüksək sürətlə toplanır, ildə 20-25 sm təşkil edir. Dərinliklər əsasən dəniz çöküntüləri ilə örtülmüşdür. Materik qabığı kəskin şəkildə dəniz novu olan Sadko ilə kəsilir. Buradan şimala doğru dərinlik Nansen çökəkliyində 2000 metri keçir. Həmin ərazidə Laptevlər dənizinin ən dərin yeri (3385 m) yerləşir – ().

İqlimi thumb|Günün batması. Rusiya, sentyabr Laptevlər dənizinin iqlimi Arktik iqlim qurşağında Kontinental iqlim tipinə xasdır. Bunun əsas səbəbi Atlantik okean və Sakit okeanlardan uzaqlığıdır. Arktik qurşaqda yerləşən dənizlər arasında ən kəskin iqlimə malik dənizdir. Qütb gecə və Qütb gündüzləri cənubda 3 ay, şimalda isə il ərzində 5 ay davam edir. İlin 11 ayı şimalda temperatur 0 °C aşağı olur, cənubda isə ilin 9 ayı bu müşahidə edilir. Qış ayları yüksək atmosfer təzyiqi zonasında olur (Sibir atisiklonu)

Yanvar ayında orta temperatur (ən soyuq ay) yerindən asılı olaraq −31 °C və −34;°C, ən aşağı temperatur −50 °C təşkil edir. Şimal hissədə iyul ayında 0 °C (maksimal 4 °C) və cənubda isə 5 °C (ən yüksək temperatur 10 °C), ancaq bəzən 22-24 °C qalxa bilir (avqust). Maksimum temperatur 32,7 °C olaraq Tiksi qəsəbəsində müşahidə edilmişdirLaptevlər dənizi в книге: А. Д. Добровольский, Б. С. Залогин. Моря СССР. Изд-во Моск. ун-та, 1982. Qışda güclü küləklər, çovğun və qarlı qasırğa adi xarakter alır. Qar hətta yayda yağır və güclü duman müşahidə edilirLaptevlər dənizi , Böyük Sovet Ensiklopediyası. Yay ayları isə əsasən siklonlar müşahidə edilir. Çiskin və yağmur adı hal alır . Küləklər qışda cənub, cənub-qərb istiqamətində 8 m/s gücündə əsir və yazda nisbətən zəifləyir. Qışda küləklər şimala yönəlir və gücü 3–4 m/s təşkil edir. Küləklərin zəif sürəti əsasən səth sularında 5–10 m dərinliyində müşahidə edilir. Qış ayları buzun altında temperatur -1,5° С təşkil edir. Laptevlər dənizinin bəzi iqlim göstəriciləri: Suyunun qışda orta temperaturu: -0,8 — -1,8°С. Suyunun yayda orta temperaturu: +4 — +6°С, körfəzlərdə +10°С Orta illik yağıntının miqdarı: 200–300 mm. Havanın rütubəti: 80%. İl boyu böyük ərazilərdə buzların qalınlığı: 2 m və daha artıq.

Hidroloji rejim thumb|left|230px|Anabar körfəzinin sahili Dəniz suyunun aşağı temperaturu ilə səciyəvidir. Qış dövru buzla örtüldüyü zaman suyun temperaturu —0,8 °C, cənub-şərqdə —1,8 °C təşkil edir. 100 metrdən aşağıda temperatur −1,8 °C qədər düşə bilər. Yay ayları dənizin buzdan azad olmuş hissələrində tempetatur 4-6 °C qədər yüksələ bilər, dənizin akvatoriyasına daxil olan körfəzlərdə temperatur 8-10 °C qədər yüksəlir. Əsasən 0°S təşkil edən ərazilərdə buzlar öz mövcudluğunu qoruyurШамраев Ю. И., Шишкина Л. А. Океанология. Л.: Гидрометеоиздат, 1980.

Atlantik okeanda formalaşan və 250—300 metr dərinlikdə hərəkət edən isti axınlar dibdə temperaturu 1,5 °C qədər yüksəldirlər. Onlara Şpisbergendən Laprevlər dənizinə çatmaq üçün ən azı 2,5-3 il lazım gəlir. Bu dərinliklərdən aşağıda isə temperatur yenidən aşağı olur və −0,8 °S təşkil edir. Qışda suyun temperaturu hər yerdə dondurma nöqtəsinə yaxın olur. Suyun duzluğu onun donmasına maneə olan əsas faktordur. Qış ayları müvafiq olaraq su səthində temperatur -1 -1.8 °C arasında dəyişir.

Duzluluq dənizin şimal-qərb hissəsində qış ayları 34 ‰, cənub hissədə isə — 20-25 ‰, yayda 30-32 ‰ və 5-10 ‰ təşkil edir. Dərinliyin artması ilə duzluluqda ona uyğun şəkildə 33 ‰ qədər yüksəlir. Duzluluğun artması əsasən şimal, şimal-qərb istiqamətində müşahisdə edilir. Hətta Arktiçeski burnu yaxınlığında duzluluq 31‰ təşkil edir. Sahilyanı ərazilərdə çay axınının güclü təsirinə məruz qalan ərazilərdə yüksək səviyyədə suyun yayılması baş verdiyindən duzluluq aşağı düşür. Dənizə çayların töküldüyü ərazilərdə 10 ‰ təşkil edir. Dənizin səth sularının duzluğuna buzlar və Sibirdən gələn çaylar öz təsirini göstərir. Buzların həcmi 730 km3 və bu həcminə görə Kara dənizindən sonra ikincidir, qalınlığı 135 sm təşkil edir. Qış dönəmində dənizə axan şirin suyun azalması ilə duzluluqda artım müşahidə edilir. Belə ki, Tiksi sahillərində duzluluq 15 ‰, Arktiçeski burnunda isə 33 ‰ olur.

Laptevlər dənizinə çoxlu sayda kiçik və bir neçə iri çay tökülür. Onlar dayazlığı ilə seçilən dənizin hidroloji rejiminə böyük təsir göstərir. Şimal Buzlu okean hövzəsinə daxil olan Lena çayı dənizə axan əsas su kütləsinin 520 km³ (ümumən 70 %) təşkil etdiyi halda digər çaylar:Xatanqa 105 km³, olenok 38 km³, Yana 31,5 km³ və Anabar isə 20 km² özündə cəmləşdirir. İl ərzində Laptevlər dənizinə 700 km³ şirin su axır. Bu isə ümumilikdə Arktikaya axan suyun 30 % təşkil edir. Mövsümdən asılı olaraq buzların əriməsi və çayların suyunu dənizə çatdırması ilə əlaqədar axınların həcmi 90% (iyul – sentyabr, təkcə avqustda 35-40%), yanvarda isə 5 % təşkil edir. Belə ki, yanvar ayında dənizə 36 km³, avqust ayında isə 290 km³ (40 %) şirin su axır.

Dəniz üzərində (siklon kimi) saat əqrəbi istiqamətində hərəkət edən axınlar burulğanlar meydana gəlir. Axınlar şimaldan cənuba doğru hərəkət edərək əsasən Şimal Torpağı adası sahilləri ilə irəliləyir və materik sahillərinə çatır. Qərbdən şərqə istiqamətlənərək Lena çayı deltasına yaxın güçünü artıraraq şimal və şimal qərbə yönəlir. Axınlar (burulğanlar) Sannikov boğazı vastəsi ilə Şərqi Sibir dənizinə keçir. Burulğanlar 2 san/san gücə malik olur və mərkəzə doğru hərəkət edir. Burulğanın mərkzi asta dreyf edir, bu da axının xüsusiyyətini müəyyən qədər dəyişir.

Axınların yarımgünlük xüsusiyyəti daşıyır və orta hündürlüyü 50 sm təşkil edir. Axınların həcminə əhəmiyyətli dərəcədə buzlar təsir göstərir və onun güçünü zəiflədir. Xatanqa körfəzinin sahil quruluşuna uyğun olaraq axın dalğalarının hündürlüyü 2 metrə çatır. Axınlar hətta 500 km daha irəliyə gedərək çay mənsəblərinə və yataqlarına qədər gəlib çatır. Dənizin digər hissələrində axınlar daha az məsafəyə irəliləyə bilir.

Dənizin səviyəsinin qalxıb-enməsi heçdə yüksək deyil. Belə ki, tərəddüd 40 sm təşkil edir və əsasən çay mənsəblərində müşahidə edilir. Eniş qış aylarında, qalxma isə buzların əriməsi zamanı baş verir.

Axınlar dəniz səviyyəsində hündürlük 2 metr, körfəzlərində isə 2,5 metrə qədər yüksəlir. Axınlar il boyu müşahidə edilir. Əsasən payızda tez-tez baş verir. Bu da güclü küləklərin artması ilə əlaqədardır və bir istiqamətdə baş verir. Ümumilikdə dənizin səviyyəsi şimal və cənub küləklərinin hərəkəti nəticəsində müəyyən dərəcədə artır.

Dəniz səthinin və səth sularının öyrənilməsi onu göstərir ki, dalğalar əsasən 1 metri keçmir. Ancaq iyul-avqust aylarında açıq dənizdə dalğaların hündürlüyü 4-5 metr, payızda isə 6 metrə qədər yüksəlir.

Buz örtüyü