Abel mükafatı— bir və ya bir neçə məşhur riyaziyyatçıya Norveç dövləti tərəfindən illik təqdim olunan beynəlxalq mükafatdır.
Mükafat 2001-ci ildə Norveç dövləti tərəfindən məşhur Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə adlandırılıb. Abel mükafatı tez-tez riyaziyyatçıların "Nobel mükafatı" kimi təsvir olunur. Mükafatı qazananlara 6 milyon Norveç kronu (təxminən 1 milyon ABŞ dolları) məbləğində pul mükafatı da verilir.
Mükafat rəhbərliyi həmçinin Norveç Riyaziyyat Cəmiyyəti tərəfindən idarə olunan Abel simpoziumunu yaradıb. Mükafatın təqdimetmə mərasimi 1947 və 1989-ci illər arasında Nobel sülh mükafatının təqdim olunduğu Norveçin Oslo Universitetinin Hüquq Fakültəsinin Atriumunda keçirilir.
Abel mükafatının yaradılması Alfred Nobelin illik mükafatlandırma üzrə planlarına riyazıyyatın daxil olmamasını öyrəndikdən sonra 1899-cu ildə Sofus Li tərəfindən ilk dəfə olaraq təklif olunub. Linin ölümü mükafatın yaradılmasında fasilənin yaranması ilə nəticələnib. 1902-ci ildə mükafatı yaratmaq üçün II Oskar cəhd etsə də, üç il sonra İsveç-Norveç arasında ittifaqın parçalanmasınadək olan əngəllərə görə uğursuz olub.
Laureatlar
+Hər ilin qaliblərinin, onların vətəndaşlığının, universitetlərinin və əsas işlərinin siyahısı İl Laureat(lar) Vətəndaşlıq UniversitetƏsas rolu İst. 2003 Jan-Pyer Serr Fransız Kollec de Frans "riyaziyyatın bir çox hissələrinin o cümlədən topologiya, cəbri həndəsə, ədədlər nəzəriyyəsinin müasir formasının formalaşmasında əsas rolu oynadığına görə" 2004 Maykl Fresis;İsador Zinger Britaniyalı Amerikalı Edinburq Universiteti;Massaçusets Texnologiya İnstitutu "Nəzəri fizika və riyaziyyat arasında yeni körpü yaratmaqda olan rola və topologiya, həndəsə və riyazi analiz arasında birlikdə yaradılan Ati-Singer teoreminin kəşfi və sübutuna görə" 2005 Piter Laks Amerikalı Fizika-riyaziyyat elmləri institutu kurantı "diferensial tənliklər nəzəriyyəsi tətbiqi və onların həlli yolları hesablanması nəzəriyyəsinə xidmətlərinə görə" 2006 Lennart Karleson İsveçli Kral Texnologiya İnstitutu "dinamik sistemlər nəzəriyyəsi və harmonik analiz üçün dərin və səmərəli xidmətlərinə görə " 2007 Srinivasa Varadhan Hisdistanlı Amerikalı Fizika-riyaziyyat elmləri institutu kurantı "xüsusilə böyük yayınma nəzəriyyəsinin yaradılması üçün və ehtimal nəzəriyyəsinə əsas töhfələrinə görə" 2008 Con Griggs Tompson; Jak Tits Amerikalı; Belçikalı Frasız Florida Universiteti;Kollec de Frans "Xüsusilə müasir qrup nəzəriyyəsinin formalaşdırılmasında və cəbrdə öz dərin xidmətlərinə görə" 2009 Mixail Leonidoviç Gromov Rusiyalı Fransız Ali elmi tədqiqatlar institutu Fizika-riyaziyyat elmləri institutu kurantı "həndəsəyə inqilabi töhfələrinə görə" 2010 Con Torrens Teyt Amerikalı Ostin Texas Universiteti "Ədədlər nəzəriyyəsində böyük və uzunmüddətli təsirinə görə" 2011 Con Milnor Amerikalı Stoni-Bruk Univeristeti "Topologiya, həndəsə və cəbrdəki ilk kəşfləri üçün" 2012 Endre Semeredi Macar Amerikalı Riyaziyyat üzrə Alfred Reni Universiteti and Rutgers Universiteti "Additiv ədədlər nəzəriyyəsi və erqodik nəzəriyyəsinə töhfələrinin əsaslı və uzunmüddətli tanınması və diskret riyaziyyat və nəzəri kompüter elminə fundamental töhfələrinə görə" 2013 Pier Delin Belçikalı Perspektiv tədqiqatlar institutu "təsvir nəzəriyyəsi, ədədlər nəzəriyyəsi və onlarla əlaqədar sahələrdə transformasiya təsiri və cəbri həndəsə üzrə səmərəli xidmətlərinə görə" 2014 Yakov Sinay Rusiyalı Amerikalı Nəzəri Fizika üzrə Landau İnstitutu and Prinston Universiteti "dinamik sistemlər, erqodik nəzəriyyə və riyazi fizika üzrə fundamental töhfələrə görə" 2015 Con Neş ; Luis Nirenberq Amerikalı; Kanadalı/Amerikalı Prinston UniversitetiFizika-riyaziyyat elmləri institutu kurantı "qeyri-xətti diferensial tənliklər nəzəriyyəsinə parlaq səmərəli xidmətlərinə və onun həndəsi təhlilinə tətbiqlərinə görə "
İstinadlar
Xarici keçidlər
Rəsmi vebsəhifə Abel simpoziumun rəsmi vebsəhifəsi
Kateqoriya:Nils Abel Kateqoriya:Riyaziyyat mükafatları