Xan qəbiristanlığı — Şəkidə yerləşən və xanları ilə onların nəslindən olan şəxslərin dəfn edildiyi qəbiristanlıq.
Ümumi məlumat Şəki Xan məscidinin şərq tərəfində yerləşən Şəki Xan qəbiristanlığında vaxtı ilə 15-20-ə qədər yazılı başdaşı olmuşdur. Hal-hazırda cəmi 10 yazılı başdaşı və bir digər təyinatlı epiqrafik abidə var.
Qəbiristanlıqdakı 9 başdaşının kitabəsi haqqında Məşədixanım Nemət 1961-ci ildə elmi nəşrdə dərc olunmuş məqaləsində məlumat vermişdir. Bir başdaşı hissəsi üzərindəki kitabəni isə 2009-cu ildə Aydın Məmmədov oxumuş və həmin başdaşının İsmayıl xanın qızı Saadət bəyimə aid olduğunu ilk dəfə müəyyənləşdirmişdir. Qəbiristanlıqdakı bir başdaşı kitabəsinin oxunub-oxunmaması isə hələlik mübahisəlidir.
İstinadlar
İstifadə edilmiş mənbələr
Həmçinin bax Xan məscidi (Şəki) Şəki Xan qəbiristanlığındakı epiqrafik abidələr
Xarici keçidlər
Şəki Xan məscidi-qəbiristanlıq kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub - FOTO/YENİLƏNİB Şəkidə tapılan qəbrin xana aid olduğu təsdiqləndi
Kateqoriya:Azərbaycan monarxlarının dəfn yerləri