IV Frederik (; ) — Saksen-Qota-Altenburq hersoqu.

28 noyabr 1774-cü ildə Qotada dünyaya gəldi. Atası Saksen-Qota-Altenburq hersoqu II Ernest, anası isə Mariya Şarlottadır. Hərbi sahəyə yönləndirildi. Belə ki, Napoleon müharibələrinə qatıldı və fransızlar üçün döyüşdü. Bu döyüşlərin birində ağır yaralandı və ölümünədək sağlamlıq problemləri yaşadı.

Böyük qardaşı Emil Avqustun oğul varisi olmadan vəfat etməsinin ardından 1822-ci ildə taxta çıxdı. Ancaq cəmi 3 il sonra - 11 fevral 1825-ci ildə vəfat etdi.

Heç vaxt evlənmədi və varisi olmadı. Bu səbəblə, ölümü Saksen-Qota-Altenburq ailəsinin kişi şəcərəsinin sonu oldu. Mülkü qohumları arasında bölüşdürüldü. Saksen-Koburq-Qota mülklərini qardaşının kürəkəni olan Saksen-Koburq-Zaafeld hersoqu Ernest sahibləndi. Saksen-Altenburq mülklərini isə uzaq qohumu olan Saksen-Hildburqhauzen hersoqu Frederik sahibləndi.

Mənbə

Ədəbiyyat

Hefter, Marian (2026). Verhandeltes Zeremoniell. Wissen und Normen am Gothaer Fürstenhof (1640–1800). Norm und Struktur 55 (in German). Cologne: Böhlau Verlag. pp. 427–428. ISBN 978-3-412-53491-2 Die Tagebücher 1667-1686 (Publications of the Thuringian State Archives Gotha IV), edited by Roswitha Jacobsen. 3 volumes, Weimar 1998–2003. Lichtenberg, Georg Christoph (1992). Schriften und Briefe: Kommentar zu Band I und II (in German). Hanser Verlag. p. 432. ISBN 3-446-11971-X

İstinadlar

Kateqoriya:Qotada dəfn olunanlar