Qazaxıstan hərbçilərinin Xəzər dənizində həlak olması — Qazaxıstan hərbi-dəniz qüvvələrinin plan üzrə Qazaxıstanın Mangistau vilayətinin Munaylin rayonunda 24 sentyabr 2026-cı ildə keçirdiyi hərbi təlimlərdə baş verib.
Havanın kəskin pisləşməsi nəticəsində 17 nəfərdən ibarət hərbçi Xəzər dənizinə düşür və onlardan 14 nəfəri həlak olur. Faciə geniş əks-səda doğurdu və Qazaxıstan Prezidentinin qərarı ilə 25 sentyabr2026-cı il ümummilli matəm günü elan edilir.
Faciəöncəsi hadisələr 22 sentyabr 2026-cı ildə Qazaxıstan Müdafiə Nazirliyi hərbi-dəniz qüvvələrinin "Xazar korğanı-2026" adlı təlimlərin keçiriləcəyini bildirdi.
Bununla yanaşı Qazaxıstan hidrometerologiya xidməti 23 sentyabr saat 20:00-dan 24 sentyabr saat 20:00-dək 15–20 m/с sürətli güclü küləyin olacağını bildirmişdi.
Hadisənin xronologiyası 24 sentyabr 2026-cı ildə Xəzər dənizi sahilində hərbi təlim tapşırıqları yerinə yetirilən zaman hava kəskin pisləşir. Güclü küləyə və həyəcana görə güclü külək açıq dənizə 19 nəfər hərbçi aparır.
Məlumat Aktau hərbi-dəniz bazasına Astana vaxtı ilə 11:20-də daxil olur. Saat 14:00-də müdafiə nazirliyi faktı təsdiqləyir və bildirir ki, doqquz nəfər həlak olub, üç nəfər xilas edilib.
Siqnal daxil olan kimi xilasetmə əmliyyatları başlayır. Əməliyyat nəticəsində 19 yox, 17 nəfərin dənizə düşdüyü təsdiqini tapır. Onlar 15 nəfər həqiqi hərbi xidmətdə olan matros, 1 zabit, 1 nəfər isə müqvilə ilə xidmət edən hərbçi olur.
25 sentyabr səhəri daha iki hərbçinin meyidi tapılaraq həlak olanların sayı 14-ə çatır.
Tədqiqat İnsan ölümü ilə bağlı Qzaxıstanda tədqiqat başalyıb. Baş Nazirin müavini Kanat Bozumbayevin rəhbərliyi ilə ilə hərtərəfli tədqiqat üçün hökumət komissiyası yaradılıb.
25 sentyabrda aparılan istintaq çərçivəsində Qazaxıstan hərbi-dəniz qüvvələrinin bir neçə yüksəkrütbəli şəxsi saxlanılıb.
Reaksiya Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verdi və onlara hərtərəfli yardım göstərilməsi barədə tapşırıq verdi. Hadisə ilə bağlı bir sıra xarici ölkə rəhbərləri də başsağlığı verdilər.
Qazaxıstan Prezidentinin qərarı ilə 25 sentyabr 2026-cı il ümummilli kədər günü elan edildi, bütün əyləncə tədbirləri ləğv edildi.
Qazaxıstan Xalq Şurasının üzvləri həlak olanların ailələrinə kömək etməyə hazır olduqlarını bildirdilər. Şura üzvlərindən biri həlak olanlarının hər birinin ailələrinə 25 milyon tenqe yardım göstərməyə söz verdi.https://www.lada.kz/incidents/158632-pravitelstvennaia-komissiia-ozvuchila-novye-dannye-po-pogibshim-na-kaspii-v-mangistau.html
Azərbaycanın münasibəti 25 sentyabr 2026-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. O ba.sağlığında vurğulayır ki, " ..ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
Aktauda yaşayan azərbaycanlı diaspor nümayəndələri Xəzər sahilində axtarış-xilasetmə əməliyyatının aparıldığı əraziyə gedərək hərbçilər və xilasedicilər üçün isti yemək, su və içkilər aparıblar.
Yardım diaspor nümayəndələri, restoran sahibləri və digər sahibkarların şəxsi imkanları hesabına təşkil olunub.
Diasporun "Dostluq" nümayəndəsi Elmir Şahsuvarov bildirib ki, azərbaycanlılar axtarış-xilasetmə işləri başa çatana qədər ərazidə qalaraq hərbçilər və xilasedicilərə dəstək göstərməyə hazırdırlar.https://azxeber.com/az/aktaudaki-facie-azerbaycan-diasporundan-xilasedicilere-destek-video/sosial/
İstinadlar
Kateqoriya:2026-cı ildə Qazaxıstanda fəlakətlər Kateqoriya:24 sentyabrdakı hadisələr Kateqoriya:2026-cı ildəki fəlakətlər Kateqoriya:Xəzər dənizi Kateqoriya:Mangistau vilayəti