Kristian Lüdovik Ernst Avqust Maksimilyan İohann Albert Adolf Fridrix (; ) — Böyük Meklenburq-Şverin hersoqu IV Fridrix Fransiskin oğlu, vəliəhd-şahzadə.

29 sentyabr 1912-ci ildə Lüdviqslustda dünyaya gəldi. Atası son Böyük Meklenburq-Şverin hersoqu IV Fridrix Fransisk, anası isə son Hannover kralı V Georqun nəvəsi Aleksandradır. Hələ 6 yaşında ikən atası taxt-tacını itirdi və ailəsiylə birlikdə sürgünə getməyə məcbur oldu. Bir müddət Danimarkada sürgündə yaşayan ailə ardından Şverinə döndü və 1921-ci ildən Lüdviqslust sarayında yaşamağa başladı. Lüdviqslustdakı bir məktəbdən 1935-ci ildə məzun oldu və süvari birliyində hərbi xidmətə yollandı. 1939-cu ildə İkinci Dünya müharibəsinin başlamasıyla cəbhəyə yollandı. Ancaq 1943-cü ildə digər keçmiş monarx ailəsi üzvləri kimi ordudan uzaqlaşdırıldı.

Böyük qardaşı və atasının varisi olan Fridrix Fransisk uyğunsuz evliliyi səbəbilə 1943-cü ilin mayında bütün taxt hüquqlarından və ailə mirasından məhrum edildi. Beləcə, Kristian Lüdovik atasının varisi seçildi.

Müharibənin ardından öncə ingilislərin işğal bölgəsində gizləndi. Bu dövrdə atası vəfat etdi və atasının yerinə Meklenburq-Şverin ailəsinin başçısı oldu. Ancaq çox keçmədən bolşeviklər tərəfindən əsir alındı. Moskvada 25 il boyunca həbs tutuldu. 1953-cü ildə Almaniya kansleri Konrad Adenauerin səyləriylə azadlığa buraxıldı və Qlüksburqdakı ailəsinin yanına gəldi.

5 iyul 1954-cü ildə Alman imperatoru III Fridrixin nəticəsi və Prussiyalı Vilhelm Sigismundun qızı Şahzadə Barbara ilə evləndi. Cütlüyün 2 qızı doğuldu.

Donata (11 mart 1956), 19 sentyabr 1987-ci ildə Londonda Aleksandr von Solodkovla evləndi. 3 övlaıd doğuldu. Tira (1989) Aliks (1992) Niklos-Aleksis (1994) Edvina (25 sentyabr 1960), 1995-ci ildə Konrad von Poemlə evləndi. 3 övladı doğuldu. Lüdviq (1996) Pavel (1997) Ferdinand (1999)

18 iyul 1996-cı ildə vəfat etdi. Geridə başqa qardaşı və ya oğul varisi olmadığı üçün vaxtilə ata mirasından məhrum edilən qardaşı Fridrix Fransisk Meklenburq-Şverin ailəsinin başçısı seçildi.

Mənbə

Ədəbiyyat

Alexander Solodkoff: Christian Ludwig Herzog zu Mecklenburg. Mecklenburg-Schwerin. Club Wien 2003, ISBN 3-933781-28-0. Alison Weir: Britain’s Royal Family. A Complete Genealogy. The Bodley Head, London 1999, S. 292. Marlene A. Eilers: Queen Victoria’s Descendants. Genealogical Publishing Co., Baltimore 1987, S. 161, 162, 169. Peter Hoffmann: Stauffenbergs Freund. Die tragische Geschichte des Widerstandskämpfers Joachim Kuhn. Verlag C. H. Beck, München 2007, ISBN 978-3-406-55810-8. Peter Hoffmann: Oberst i. G. Henning von Tresckow und die Staatsstreichspläne im Jahr 1943. In: Vierteljahrshefte für Zeitgeschichte, Vol. 55, 2, April 2007, S. 331–364 (Volltext, PDF). Christian Ludwig Herzog zu Mecklenburg: Erzählungen aus meinem Leben. 3. Auflage. Schwerin 1998, ISBN 3-910179-75-4. Sabine Bock: Großherzogliche Kunst im Schloss Ludwigslust. Fürstenabfindung, Enteignung und Restitution. Thomas Helms Verlag, Schwerin 2014, ISBN 978-3-940207-98-2. Bernd Kasten: Prinz Schnaps. Schwarze Schafe im mecklenburgischen Fürstenhaus. Rostock 2009, ISBN 3-356-01334-3, S. 107.

İstinadlar Kateqoriya:Meklenburq-Şverin sülaləsi