Anastasiya Aleksandrina Sesilya Mariya Luiza Vilhelmina (; ) — Böyük Meklenburq-Şverin hersoqu IV Fridrix Fransiskin qızı.
11 noyabr 1923-cü ildə Rostokda dünyaya gəldi. Atası son Böyük Meklenburq-Şverin hersoqu IV Fridrix Fransisk, anası isə son Hannover kralı V Georqun nəvəsi Aleksandradır. Doğulduğu əsnada atası taxtdan endirilmiş və taxt-tacı əlindən alınmışdı.
1 sentyabr 1943-cü ildə Şlezviq-Holşteyn-Zonderburq-Qlüksburq hersoqu Fridrixin nəvəsi Fridrix Ferdinandla evləndi. Seçilən bəy namizədi Britaniya kralı II Georqun və Danimarka-Norveç kralı V Fridrixin ortaq şəcərəsinə mənsub idi. Cütlüyün bu nigahından 4 övladı doğuldu.
Yelizaveta (1945-2024), 1975-ci ildə Ferdinand Henrixlə evləndi. 2 övladı var. İrina (1946-), evlənmədi və övladı yoxdur. Marqarita (1948-), evlənmədi və övladı yoxdur. Sibilya (1955-), 1980-ci ildə Dieter Fransla evləndi. 3 övladı var.
25 yanvar 1979-cu ildə Hamburqda vəfat etdi.
Mənbə
Ədəbiyyat
Григорян В. Г. Романовы: Биографический справочник. — М.: АСТ:Астрел: Хранитель, 2007. — 207 с
İstinadlar