Qara Namaz oğlu Haqverdiyev () – Azərbaycan sovet heyvandarı, 1947-ci ildə Stalin mükafatı laureatı.

Həyatı Qara Haqverdiyev 1892-ci ildə Yelizavetpol quberniyasının Yelizavetpol qəzasının Söyüdlü kəndində (indiki Gədəbəy rayununda) anadan olub.

Q. Haqverdiyev 1930-cu ildən 1957-ci ilə qədər Azərbaycan SSR-in Gədəbəy rayonunun "İliç yolu" kolxozunda çoban olub.

1939-cu ildə "Fəhlə-Kəndli Qızıl Ordusunun 13-cü ildönümü" kolxozunun çobanı o, 424 qoyundan 414 baş bala və hər başdan orta hesabla 4 kq yun götürüb. SSRİ Ali Soveti Rəyasət Heyətinin 27 aprel 1940-cı il tarixli Fərmanı ilə "Əmək rəşadətinə görə" medalı ilə təltif edilib.

O, yeni, yüksək məhsuldar merinos qoyun cinsi olan "Azərbaycan Dağ Merinosu"nun yetişdirilməsində iştirak edib. Sürülərdə və otlaqlarda işləyərkən Q. Haqverdiyev qoyunları müşahidə edərək, alimlərə dəyərli məsləhətlər verib.

Qara Haqverdiyev 6 dekabr 1967-ci ildə Azərbaycan SSR, Gədəbəy rayonunun Maarif kəndində vəfat edib.

Təltifləri Üçüncü dərəcəli Stalin mükafatı (1947) — yeni yüksək məhsuldar merinos qoyun cinsi olan "Azərbaycan Dağ Merinosu"nun inkişafına görə; Qırmızı Əmək Bayrağı ordeni; Şərəf Nişanı ordeni; Ümum-Rusiya Kənd Təsərrüfatı Sərgisinin böyük medalı; Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin kiçik gümüş medalı .

İrsi Gədəbəy rayonunda "Çoban Qara" mükafatı təsis edilib və Qaranın şərəfinə mahnı bəstələnmişdir. 1950-ci ildə Bakı Kinostudiyası 1951-ci ildə "Kann" Film Festivalında xüsusi mükafata layiq görülən "Sovet Azərbaycanı" sənədli filminin epizodlarından birində çoban Qara Haqverdiyev göstərilib.

İstinadlar

Kateqoriya:Azərbaycan çobanları Kateqoriya:XTNS gümüş medalı laureatları Kateqoriya:XTNS qızıl medalı laureatları Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Əmək igidliyinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər