Ağıllı güc — sərt və yumşaq güclərin uğurlu vəhdəti.
Cozef Nayın təsnifatına görə, güc üç şəkildə tədbiq oluna bilər: məcburiyyət, tədiyə və cəzb. Məcburiyyət və tədiyə sərt gücdür. Cəzb vasitəsi ilə istənilən nəticəyə çatmaq isə yumşaq gücdür. O, həmçinin qeyd edir ki, cəzb nadir hallarda məcburiyyət ilə tədiyəni əvəzləndirə bilər və buna görə sərt və yumşaq gücünün birləşdirən strategiyalar lazımdır.
Sərt və yumşaq güc bir-birini həm möhkəmləndirə, həm də sarsıda bilər.The Future of Power, Joseph Nye (2011) p.24 Məsələn, İraqa müdaxilə ABŞ-ın yumşaq gücünü zəiflətmişdi.
Mənşəyi
Ağıllı güc anlayışının yaradıcısı olaraq həm Cozef Nay, həm Suzann Nossel qeyd olunur.
Cozef Nay iddia edirdi ki, o ağıllı güc anlayışını 2003-cü ildə "yumşaq gücün təkbaşına effektiv xarici siyasət yarada biləcəyi barədə yanlış təsəvvürü aradan qaldırmaq üçün" irəli sürmüşdür. Bəzi mənbələrdə isə Nay ilə yanaşı Suzann Nosselin yazdığı Ağıllı güc: Liberal beynəlmiləlçiliyin geri mənimsəmək () məqaləsi istinad olunur.p. 482 Həmin məqalədə Nossel Vudro Vilsondan və Con Kennedidən ilhamlanır.
2004-cü ildə nəşr olunan Nayın yumşaq güc haqqında olan kitabında da ağıllı güc anlayışı qeyd olunur: "Ağıllı güc nə sərtdir, nə də yumşaq. O, hər ikisidir".
Tarix
Nay izah edir ki, ABŞ-ın Soyuq müharibə dövründə bir sıra səhvlərinə baxmayaraq, Berlin divarı və dəmir pərdənin çökməsi ağır və yumşaq güclərinin ağıllı vəhdətinin nəticəsi idi.
2007-ci ildə CSIS () araşdırma mərkəzi 11 sentyabr saldırısı və İraq istilasından sonra, ağıllı gücünü ABŞ-ın siyasətinin aparıcı prinsipi olaraq təklif etmək üçün Ağıllı gücün komissiyası () adlı sənədi nəşr etmişdi.
2009-cu ildə Hillari Klinton ABŞ dövlət katibi vəzifəsini təsdiq olunma dinləməsindəki çıxışında demişdi:
Amerika ən aktual problemləri təkbaşına həll edə bilməz, dünya da onları Amerikasız həll edə bilməz <...> Biz ''ağıllı güc' adlandırılan şeydən, bizə əlçatan olan bütün alətlər spektrindən istifadə etməliyik.
İstinadlar
Kateqoriya:Beynəlxalq münasibətlər