Edessa yürüşləri və ya Azərbaycan-Məmlük müharibəsi (1429–1433) Ağqoyunlu ilə Məmlük Sultanlığı arasında aparılan bir sıra hərbi yürüşlərdən ibarət idi. Münaqişə Ağqoyunluların Məmlük ərazilərinə basqınları ilə başladı və bu da Məmlükləri işğala vadar etdi. Urfanı ələ keçirdikdən və Amidi mühasirəyə aldıqdan sonra Məmlüklər uzun bir çıxılmaz vəziyyətə düşdülər. Nəticədə Ağqoyunlu hökmdarı Qara Yuluq Osman bəy təslim olmaq qərarına gəldi və Ağqoyunlular müvəqqəti olaraq Məmlüklərin vassalı oldular. Lakin sülh müqaviləsi qısa müddət sonra pozuldu və Ağqoyunlular müstəqilliklərini bərpa etdilər.

Arxa plan Dövlət kimi əsası hələ 1468-ci ildə "Azərbaycan hökmdarıEvliya Çelebi Seyahatnamesi, Üçdal Neşriyat, İstanbul, 1984, c. I, s. 527Cihat Aydoğmuşoğlu, “Ak Koyunlular Devri’nde Tebriz”, Prof. Dr. İlhan Erdem Türk Tarihçiliğinin Gülümseyen Yüzü, Editör: Tuna Kaan Taştan, Nobel Yayın, Ankara, Eylül 2023, s. 14." titulu ilə tanınan Uzun Həsən tərəfindən qoyulan Ağqoyunlular bundan əvvəlki dövrlərdə bir çox müharibələrə girişsələr də, sadəcə tayfa ittifaqı kimi mövcudluğunu davam etdirirdi. 1429-cu ildə Ağqoyunlu başçısı Qara Yuluq Harputu ələ keçirərək oğlu Əli bəyi bölgənin valisi təyin etdi və digər oğlu Habil bəyi isə Cəzirəyə bir neçə basqına rəhbərlik etmək üçün göndərdi. Nəticədə Məmlüklər ordu səfərbər etdilər və Ağqoyunlulara qarşı yürüş başladılar.

Kampaniyalar

İlk kampaniya Basqınlara cavab olaraq, Tağrıbirmişin rəhbərliyindəki Məmlüklər Ruha şəhərini (müasir Urfa ) işğal edərək şəhəri talan etdilər, əhalinin əksəriyyətini və Ağqoyunlu ordusunu öldürdülər. Həm Əli bəy, həm Habil bəy, həm də Qara Məhəmməd Məmlüklər tərəfindən əsir götürüldü və Habil bəy 1430-cu ildə əsirlikdə öldü, Qara Məhəmməd isə 1433-cü ildə edam edildi. Habil bəyin ölümündən qısa müddət sonra Qara Yuluq Osman bəy Urfaya hücum edərək Mardin, Malatya və Ayntaba basqın etdi, lakin Ağbuğa, Təmraz və Cəkəminin rəhbərliyindəki 1500 nəfərlik Məmlük ordusunun ona tərəf gəldiyini eşidəndən sonra döyüşmədən qaçdı və Urfanı geri almağı bacarmadı.

İkinci kampaniya (Amid mühasirəsi) Uğursuz yürüşdən sonra Məmlüklər Urfanı 5 il işğal etdilər və 1433-cü ildə Amid şəhərini mühasirəyə aldılar, lakin qala müqavimət göstərdi və ələ keçirilə bilmədi. Məmlük əsgərləri bu uzun yürüş və qalanın təslim olmaması səbəbindənn ruhdan düşdülər və narazı qaldılar. Nəhayət, uzun bir qarşıdurmadan sonra Qara Yuluq Osman bəy təslim olmaq qərarına gəldi və Məmlüklərlə sülh bağladı, beləcə Ağqoyunlu Məmlük vassalı oldu və yürüş Pirrik Məmlük qələbəsi ilə başa çatdı.

Nəticə Sülh şərtləri aşağıdakı kimi idi:

1) Sultanın qarşısında torpağı öpmək.

2) “Xütbə və sikkə”nin oxunmasını təşkil etmək; yəni, cümə xütbəsinin Qara Yuluğun torpaqlarında Sultan Barsbaya həsr olunmasını və onun adına sikkələrin zərb olunmasını təmin etmək.

3) Divrigidən Urfaya qədər Məmlük sultanın ərazilərinə müdaxilə etməmək.

4) Həsənkeyfin təbəələrinə və ya valilərinə müdaxilə etməmək.

5) Egil valisinə və ya onun qalalarına müdaxilə etməmək.

6) Torpaqlarından keçən tacirlərə, zəvvarlara və ya digər səyahətçilərə mane olmamalı, onların istifadəsi üçün tikilmiş obyektlərə də mane olmamalı idi. Əksinə, o, tacirləri qorumalı və onların hərəkətini asanlaşdırmalı idi.

Bu müqavilə qısa müddət sonra Ağqoyunlular tərəfindən pozuldu və ölkə müstəqil qaldı. Səfərindən peşman olan Məmlük hökmdarı Ağqoyunlulara qarşı heç bir yeni tədbir görmədi.

Həmçinin baxın

Məmlük Sultanlığı Ağ Qoyunlu

İstinadlar

Kateqoriya:Məmlük dövləti Kateqoriya:Ağqoyunlular Kateqoriya:Ağqoyunluların döyüşləri Kateqoriya:Qaraqoyunlular Kateqoriya:Azərbaycan