Şimali Reyn-Vestfaliya Elmlər və İncəsənət Akademiyası () — Almaniyanın qərb və şimal-qərb regionlarının əsas elmi-tədqiqat mərkəzi hesab olunan ictimai, qeyri-kommersiya təşkilatı. Akademiya Almaniya Elmlər Akademiyaları İttifaqının həqiqi üzvüdür.

Tarixi

Vestfaliya krallığında elmi cəmiyyətin yaradılması ideyası ilk dəfə 1815-ci ildə rəsmi müzakirə mövzusuna çevrilsə də, bu layihə yalnız 155 il sonra reallığa çevrilmişdir. Vestfaliya hökumətinin bu məsələyə faktiki olaraq laqeyd yanaşması fonunda, 1911–1915-ci illərdə könüllülük (ictimai) əsaslarıyla "Reyn Elmi Tədqiqatlar Cəmiyyəti" () təsis edilmişdir. Birinci Dünya müharibəsi ərəfəsində yaradılan bu cəmiyyət öz fəaliyyətini tam nizama sala bilməmişdir; bununla yanaşı, 1920–1930-cu illərdə dövlət dəstəyinin olmaması təşkilatın kəskin maliyyə çatışmazlığı ilə üzləşməsini qaçılmaz etmişdir.

İkinci Dünya müharibəsindən sonra Almaniya dövlətinin yenidən yaradılması dövründə, ölkənin şimal-qərbində dövlət büdcəsi hesabına maliyyələşən və müntəzəm əsaslarla fəaliyyət göstərən mərkəzləşdirilmiş bir elmi-tədqiqat mərkəzinin yaradılması məsələsi yenidən gündəmə gəlmişdir. 25 aprel 1950-ci ildə Şimali Reyn-Vestfaliya torpağının baş naziri Karl Arnold, Vestfaliya hökumətinin naziri, professor Leo Brandtyn rəhbərliyi altında Tədqiqat Mərkəzinin formalaşdırılması barədə sərəncam imzalamışdır. 11 may 1960-cı ildə gələcək Vestfaliya Elmlər Akademiyasının binası olacaq "Karl-Arnold-Haus"un ilk təməl daşı qoyulmuşdur.

Akademiyanın kifayət qədər uzanmış yaradılma prosesini sürətləndirmək qərarına gələn Vestfaliyanın yeni baş naziri Haynts Kün (), 11 iyun 1969-cu ildə Akademiya Nizamnaməsini baxılması üçün landtaqa (yerli parlamentə) təqdim etmişdir. Cəmi iki həftə sonra landtaq sənədi təsdiqləmiş və 6 may 1970-ci ildə Reyn-Vestfaliya Elmlər və İncəsənət Akademiyasının təntənəli açılışı baş tutmuşdur.Geschichte der AdW zu Düsseldorf

Təsisat özünün 23-cü ildönümündə (1993-cü ildə), yerləşdiyi federal torpağın rəsmi adına tam müvafiq gəlməsi üçün adını dəyişdirərək bugünkü formasını almışdır: "Şimali Reyn-Vestfaliya Elmlər və İncəsənət Akademiyası". 2004-cü ildə elmlər akademiyası tam olaraq inzibati idarəetmə sisteminə daxil edilmiş və Şimali Reyn-Vestfaliyanın İnnovasiya, Elm, Tədqiqat və Texnologiyalar Nazirliyinə tabe etdirilmişdir. Bununla belə, akademiyanın prezidenti birbaşa baş nazirə hesabat verir və özü də federal torpağın hökumət tərkibinə daxildir.

Strukturu

Vestfaliya Elmlər Akademiyası Almaniya elmi müəssisələri üçün ənənəvi olan siniflərə (bölmələrə) ayrılma sisteminə malikdir və hazırda bu sferada 4 sinif fəaliyyət göstərir: İctimai (humanitar) elmlər sinfi ( və ya ) — ilahiyyat, fəlsəfə və pedaqogika, cəmiyyətşünaslıq, tarix, filologiya və hüquqşünaslıq üzrə işçi qruplarına malikdir. Sədri — hüquq sahəsində tanınmış mütəxəssis, professor Yurgen Yakobsdur ().Klasse G Təbiət elmləri və təbabət sinfi ( və ya ) — onun tabeliyində müvafiq sahələr üzrə müxtəlif elmi-tədqiqat institutları və mərkəzləri fəaliyyət göstərir; bura Molekulyar Biologiya İnstitutu, Düsseldorf Mərkəzi Klinik Laboratoriyası və digər müəssisələr daxildir. Sədri — psixologiya sahəsində mütəxəssis, professor Hans Hattdır ().Klasse NM Mühəndislik və iqtisadi elmlər sinfi ( və ya ) — bir neçə layihə institutu və tədqiqat mərkəzinə, o cümlədən Vestfaliya İqtisadi və Sosial Statistika İnstitutuna, Elektrotexnika İnstitutuna və s. sahibdir, həmçinin Vestfaliya universitetlərinin müvafiq profilli kafedralarının əməkdaşlarını birləşdirir. Sədri — nəzəri informatika sahəsində mütəxəssis, professor Burkhard Moniyendir ().Klasse IW İncəsənət sinfi ( və ya ) — əsasən incəsənət nəzəriyyəsi və tarixi sahəsində tədqiqatçıların işini əlaqələndirən bir forum və metodoloji mərkəz rolunu oynayır. Sədri — musiqişünaslıq sahəsində mütəxəssis, professor Peter Lünendir ().Klasse K

Elmlər Akademiyasının rəhbəri prezidentdir. O, akademiyanın idarə olunmasını bütün siniflərin sədrlərinin və onların müavinlərinin daxil olduğu Rəyasət Heyəti (Prezidium) ilə bərabər həyata keçirir. 2006-cı ildən akademiyanın prezidenti Manfred Noymandır ().

Tanınmış əməkdaşları

Şimali Reyn-Vestfaliya Elmlər və İncəsənət Akademiyasının üzv və əməkdaşları arasında 13 nəfər Nobel mükafatı laureatı, həmçinin 24 nəfər Leybnits mükafatı laureatı vardır.Nobelpreisträger in der NRW AdW

Prezidentləri

Manfred Noyman — 2006–2010-cu illərdə; Hanns Hatt — 1 yanvar 2010-cu il tarixindən etibarən üç illik müddətə seçilmiş, 2012-ci ildə isə yenidən bu vəzifəyə təkrar rəhbər təyin olunmuşdur.

İstinadlar

Həmçinin bax

Almaniya Elmlər Akademiyaları İttifaqı Şimali Reyn-Vestfaliya Nobel mükafatı

Ədəbiyyat siyahısı

Xarici keçidlər

https://www.awk.nrw/

Kateqoriya:Almaniya Elmlər Akademiyaları İttifaqı Kateqoriya:Düsseldorf mədəniyyəti Kateqoriya:Almaniyanın elmi təşkilatları Kateqoriya:Vestfaliya Kateqoriya:Düsseldorf təşkilatları Kateqoriya:Almaniyanın ictimai hüquq korporasiyaları Kateqoriya:Düsseldorfda təhsil