Novalukoml və ya Novolukoml (; ) — Belarusun Vitebsk vilayətinin Çaşniki rayonunda şəhər. Lukomlskoye gölünün sahilində yerləşir.
Lukoml elektrik stansiyası bu şəhərdədir.
2025-ci ilin məlumatına görə əhalisinin sayı 11 598 nəfərdir.
Tarixi Novalukomlun tarixi Lukoml elektrik stansiyasının tikintisinə başlanıldığı 1964-cü ilə təsadüf edir. Pionernı () adlı qəsəbə bu təbii qazla işləyən istilik elektrik stansiyasının inşaatçıları və işçilərinin müvəqqəti yaşayış yeri olmuşdur.
1965-ci ildə qəsəbənin adı, əsrlər əvvəl knyazlıq mərkəzi olduğu deyilən qonşu Lukoml kəndinin şərəfinə Novalukoml (hərfən: "Yeni Lukoml") olaraq dəyişdirildi.
Stansiyanın inşası başa çatdıqdan sonra qəsəbə durmadan böyüdü və 1970-ci ildə ona şəhər statusu verildi. 2006-cı ildə şəhərə özünün rəsmi gerbi verilmişdir.
İqtisadiyyatı Şəhərdə aşağıdakı müəssisələr fəaliyyət göstərir:
Lukoml Dövlət Rayon Elektrik Stansiyası — Belarusun ən güclü elektrik stansiyası Eton Zavodu ASC — enerjiyə qənaət edən və ventilyasiya avadanlıqları Keramzitovski Çınqıl Zavodu ASC Elektrostal MMC — sənaye elektrik mühərrikləri Novolukoml Çörək Zavodu Moloko ASC-nin istehsal sexi Novolukoml Mərkəzi Rayon Xəstəxanası Lukoml-1 Karxana İdarəsi — Minsk Tikinti Zavodunun filialı, gil istehsalı ilə məşğuldur; hazırda zavodun müflisləşməsi səbəbindən mədənçilik dayandırılıb.
İstinadlar
Kateqoriya:Belarusun yaşayış məntəqələri Kateqoriya:Belarus şəhərləri