Rinaldo d'Este (; ) — XI Modena və Reccio hersoqu.

1655-ci ildə Modenada doğuldu. Atası Modena və Reccio hersoqu I Françesko d'Este, anası isə onun üçüncü xanımı Lukresiya Barberinidir. Hersoqun üçüncü oğlu və ən kiçik övladı idi. Bu səbəblə taxta çıxması ehtimalı az idi. Bu səbəblə dini karyeraya yönəldi. 2 sentyabr 1686-cı ildə kardinal olaraq təyin olundu. Ancaq qardaşı oğlu II Françesko d'Estenin 1694-cü ildə geridə varis qoymadan vəfatı səbəbilə, ailənin yaşca ən böyüyü kimi taxta çıxarıldı. Bu səbəblə, dini rütbələrindən imtina etdi.

11 fevral 1696-cı ildə Modenada alman əsilzadəsi Braunşveyqli Şarlotta Feliçita ilə evləndi. Cütlüyün bu nigahdan 7 övladı doğuldu.

Benedetta d'Este (1697-1777) III Françesko d'Este Amaliya d'Este (1699-1778) Jan Frederiko d'Este (1700-1727) Henretta d'Este Klement d'Este (1708) Ölü doğulan bir qız uşağı (1710)

İspaniya mirası uğrunda müharibənin başlamasının ardından tərəfsiz qaldı. Ancaq bu fransızların bölgəni işğal etməsinə bəhanə oldu. 1707-ci ildə Habsburqların dəstəyilə paytaxtı geri ala bildi. Sonralar fransızlarla münasibətləri yaxşılaşdırdı. 1721-ci ildə varisi olan oğlu Françeskonu Orlean hersoqu II Filippin qızı Orleanlı Şarlotta Aqlayla evləndirdi. Digər yandan isə qızı Henrettanı Parma hersoqu Antonio Farneze ilə evləndirdi.

Mənbə

Ədəbiyyat

Alessandro Cont, "Sono nato principe libero, tale voglio conservarmi”: Francesco II d’Este (1660-1694), “Memorie Scientifiche, Giuridiche, Letterarie”, Accademia Nazionale di Scienze Lettere e Arti di Modena, ser. 8, 12 (2009), 2, pp. 407–459

İstinadlar

Kateqoriya:İtaliya kardinalları Kateqoriya:D'Este