Zofka Kveder (; ) — Sloveniyalı yazıçı, şair və feminist. O, sloven, alman və ömrünün son illərində həm də xorvat dillərində yazan yazıçı, dramaturq, tərcüməçi və jurnalist idi. Zofka Kveder ilk sloven-xorvat qadın yazıçılarından və feministlərindən biri hesab olunur.Francisca de Haan, Krasimira Daskalova, Anna Loutfi: Biographical dictionary of women's movements and feminisms in Central, Eastern, and South Eastern Europe: 19th and 20th centuries, Central European University Press, 2006, pp. 282–284
Kveder Lyublyanada doğulmuş və uşaqlığının böyük hissəsini Aşağı Kraynanın kənd yerlərində keçirib. Daha sonra Lyublyanadakı monastır məktəbinə göndərilib. 1897-ci ildə Lyublyanada işləməyə başlayıb. 1899-cu ildə əvvəlcə Triestə, sonra isə Bernə köçərək orada universitetə daxil olub. Lakin özünü maddi cəhətdən təmin edə bilmədiyi üçün əvvəlcə Münxenə, sonra isə Praqaya gedib. Orada gələcək həyat yoldaşı, xorvat tibb tələbəsi Vladimir Yelovşeklə tanış olub və 1906-cı ildə onunla birlikdə Zaqrebə köçüb. Daha sonra o, xorvat siyasətçisi Yuray Demetroviç ilə ikinci dəfə ailə qurub.
Zofka Kveder Praqada ilk qısa hekayələr kitabı olan "Misterij žene" (Qadın sirri) əsərini nəşr etdirib. Onun əsərlərindən ibarət antologiya tanınmış feminist və naşir Minka Krofta tərəfindən idarə olunan "Belo-modra knjižnica" nəşriyyatında çap olunub. Bu Sloveniyada qadınlara məxsus ilk nəşriyyat evi idi.
Sloven ədəbiyyatında onun Praqada nəşr olunan "Domači prijatelj" jurnalının redaktoru kimi fəaliyyəti də yüksək qiymətləndirilir. O, bu vəzifədə Prejihov Vorants və Frants Bevk kimi o dövrün gənc yazıçılarını ruhlandırıb. Kveder həmçinin Yanko Kersnik və İvan Tsankarın bəzi əsərlərini alman dilinə, eyni zamanda çex və xorvat pyeslərini sloven dilinə tərcümə edib.Helga Glušič, Sto Slovenskih Pripovednikov (Ljubljana: Prešernova družba, 1996)
Həyatı Zofka Kveder 22 aprel 1878-ci ildə Lyublyanada, dəmir yolu konduktoru köməkçisi Yanez Kveder və Neja Kvederin (qızlıq soyadı Leqat) ailəsində anadan olub. Zofkanın atası bir yerdə çox qalmır və alkoqolizmə meyilli idi. Tezliklə ailə Lyublyananı tərk edərək kəndə köçdü. 1888-ci ildə kənd məktəbini bitirdikdən sonra Zofka təhsilini Lyublyanadakı monastır məktəbində davam etdirdi. Sonralar bu təcrübə onun ateist dünya görüşünün formalaşmasına səbəb oldu.
Ailəsinin yanına qayıdan Zofka, atasının içkiyə qurşandığını, anasının isə təsəllini dində axtardığını gördü. On altı yaşlı Zofka bir neçə aylıq evdən ayrılaraq torpaqölçmə idarəsində katib işlədi. Yenidən evə qayıtdıqdan qısa müddət sonra isə ailəsini birdəfəlik tərk etdi. 1897-ci ildə Lyublyanada bir vəkil kontorunda mirzə (üzü köçürən) kimi iş tapdı. Məhz bu dövrdə o, ilk hekayələrini yazmağa başladı.
Yaradıcılığı Zofka Kveder ilk əsərlərini "Slovenka" qadın qəzetində dərc etdirir. O, qadınların vəziyyəti haqqında qeydlər yazır, o cümlədən əmək haqqı bərabərsizliyi və universitet təhsilinin əlçatmazlığı məsələlərinə toxunur. 1899-cu ilin yanvarında Kveder Triestdəki "Slovenka" redaksiyasına işə dəvət olunur, lakin artıq oktyabrda Bern Universitetinə daxil olmaq üçün Sloveniyanı tərk edib İsveçrəyə yollanır. Lakin təhsil haqqını ödəmək üçün pulu çatmadığından universiteti yarımçıq qoyur.
1900-cü ilin yanvarında Kveder Münhenə gedir, lakin yaşayış xərclərini qarşılaya bilmədiyi üçün bir ay sonra Praqaya köçür. Burada o, gələcək həyat yoldaşı Vladimir Yelovşeklə tanış olur. Həmin ilin baharında Kvederin debüt hekayələr toplusu — "Misterij žene" (Qadın sirri) işıq üzü görür. Sloven tənqidçiləri müəllifin qadın problemlərinə "həddindən artıq" diqqət yetirdiyini əsas gətirərək kitabı mənfi qarşılayırlar. Buna baxmayaraq, 1901-ci ildə topludakı üç hekayə Vyana jurnalı olan "Dokumente der Frauen" tərəfindən yenidən nəşr edilir.
1906-cı ildə Kveder həyat yoldaşı ilə birlikdə Zaqrebə köçür və "Agramer Tagblatt" qəzetinin qadın əlavəsi olan "Frauenzeitung"un redaktoru olur. 1912-ci ildə Yelovşekin xəyanətləri səbəbindən nikah pozulur və Kveder intihara cəhd edir. Lakin artıq 1913-cü ildə o, yenidən ailə qurur. Bu dəfə seçimi jurnalist Yuray Demetroviç olur. 1914-cü ildə Kvederin ilk romanı olan "Njeno življenje" (Onun həyatı) çap olunur. Bu dəfə o, qadının yalnız "qurban" kimi birtərəfli təsvirindən uzaqlaşaraq, qadınlığın bütün tərəflərinə diqqət yetirir.
Zofka Kveder özünün ən məşhur romanı olan "Hanka"nı 1917-ci ildə nəşr etdirir. Həmin il o, həmçinin slavyan ölkələrindəki feminist hərəkata həsr olunmuş "Ženski svijet" (Qadın dünyası) jurnalını çıxarmağa başlayır. Bu vaxt ərzində Yuqoslaviya hökumətində çalışan Yuray Demetroviç həyat yoldaşından uzaqlaşmağa başlayır. 1919-cu ildə Kvederin böyük qızının vəfatı yazıçının sağlamlığına ağır zərbə vurur.
O, 1926-cı ilə qədər müxtəlif kurortlarda müalicə olunur. Səhhəti yaxşılaşmağa başlayanda isə Demetroviç başqa bir qadından uşağı olacağını bildirərək boşanmaq tələb edir. Bu xəbər Kvederin yaşamaq həvəsini tamamilə yox edir və 21 noyabr 1926-cı ildə o, intihar edərək həyatına son qoyur.
Feminist hərəkatında Zofka Kvederin yaradıcılığı onu Sloveniya feminist hərəkatının liderlərindən birinə çevirdi. Bern Universitetində oxuyarkən Avropanın tanınmış feministləri ilə qurduğu əlaqələr də buna böyük təkan vermişdi. Kveder "Ümumi Sloven Qadınlar Assosiasiyası"nın təsis iclasında çıxış edərək, qadınlar üçün bərabər hüquqlar uğrunda mübarizə aparmağa çağırış etmiş, eyni zamanda ailə dəyərlərinin təbliğinin vacibliyini qeyd edib.
1915-ci ildə, Birinci Dünya müharibəsi zamanı Kveder Haaqada keçirilən Beynəlxalq Qadınlar Konqresində iştirak etmək üçün Xorvatiyadan nümayəndə seçilmişdi, lakin hamiləliyi səbəbindən orada iştirak edə bilməyib. 1926-cı ildə Kvederin intiharından sonra Avropanın bir çox qadın təşkilatlarının nümayəndələri ona son ehtiramlarını bildirmək üçün gəliblər.
Kvederin qadın hərəkatı üzrə avstriyalı həmkarı Marta Tausk onu məqsədyönlü, cəsur və bütün yaş qruplarından, eləcə də hər bir sosial təbəqədən olan qadınların problemləri ilə səmimi şəkildə maraqlanan bir insan kimi xarakterizə edib.
Yaradıcılığının xarakteristikası Zofka Kvederin əsərləri başlanğıcdan qadın problemlərindən bəhs edirdi. Həyatındakı təzə xatirələr əsasında yazılmış ilk hekayələri ağrı və iztirablarla dolu idi. Sonrakı əsərlərində, xüsusən də irihəcmli janrlarda, qadın təbiətinin çoxşaxəliliyi daha geniş şəkildə işıqlandırıldı.
Zofka Kveder, Etbin Kristian və Aloyiz Krayqer ilə birlikdə sloven naturalistlərinin ikinci nəslinə aiddir. Onun yaradıcılığının çiçəklənmə dövrü naturalizmin artıq sloven ədəbiyyatının mərkəzi istiqaməti olmadığı bir vaxta təsadüf etmişdi.
Kvederin əsərlərində Avropa feminist ədəbiyyatının ümumi meylləri öz əksini tapmışdır. Bu meyllərə Hedviq Dom, Frantsiska tsu Reventlov, Qabriele Reyter və Ellen Keyin yaradıcılığında da rast gəlmək olar.
Şəxsi Həyatı Zofkanın iki kiçik qardaşı var idi: 1882-ci il təvəllüdlü Aloiziy və 1884-cü il təvəllüdlü Viktor. Zofkanın evi tərk etməsinin əsas səbəblərindən biri valideynləri tərəfindən məruz qaldığı zorakılıq idi. Vladimir Yelovşek ilə 1903-cü ildə mülki nikaha daxil olub. Onun ilk övladı, qızı Vladoşa, 1901-ci ildə nikahdankənar dünyaya gəlib. 1906 və 1911-ci illərdə isə digər qızları Mariya və Mira doğulub.
Seçilmiş əsərləri Misterij žene, short stories (1900) Odsevi, short stories (1902) Iz naših krajev, short stories (1903) Iskre, short stories (1905) Njeno življenje, novel (1914 and 1918) Vladka in Mitka, (1927) Vladka, Mitka in Mirica, (1928) Hanka, novel (1917 in Croatian, 1938 in Slovene) Veliki in mali ljudje, (1960)
Pyesləri Ljubezen, (1901) Amerikanci, (1908) Unuk Kraljevića Marka (1922) Arditi na otoku Krku, (1923)
İstinadlar
Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XIX əsr yazıçıları Kateqoriya:XX əsr tərcüməçiləri Kateqoriya:XIX əsr qadın yazıçıları Kateqoriya:XX əsr qadın yazıçıları Kateqoriya:Feministlər Kateqoriya:Sloveniya yazıçıları Kateqoriya:XIX əsr dramaturqları Kateqoriya:XIX əsr tərcüməçiləri Kateqoriya:XX əsr dramaturqları