III Françesko d'Este (; ) — XII Modena və Reccio hersoqu.
1698-ci ildə Modenada doğuldu. Atası Modena və Reccio hersoqu Rinaldo d'Este, anası isə alman əsilzadəsi Braunşveyqli Şarlotta Feliçitadır. 1721-ci ildə Orlean hersoqu II Filippin qızı Orleanlı Şarlotta Aqlayla evləndirildi. Cütlüyün bu nigahdan 10 övladı doğuldu.
Alfonso d'Este (1723-1725) Françesko Konstantino d'Este (1724-1725) Mariya Tereza Feliçitas d'Este (1726-1754) III Erkole d'Este Matilda d'Este (1729-1803) Beatrisa d'Este (1730-1731) Beatrisa d'Este (1731-1736) Mariya Fortunat d'Este (1731-1803) Benedetto Filippo d'Este (1736-1751) Mariya Yelizaveta d'Este (1741-1774)
Atasının ölümünün ardından 1737-ci ildə taxta çıxdı. Hakimiyyəti illəri İspaniya, Polşa və Avstriya mirası uğrunda gedən müharibələr səbəbilə iqtisadi böhranla keçdi. Hətta, dövlət xəzinəsini doldurmaq məqsədilə Este ailə qalereyasına aid bir çox mühüm sənət əsəri satışa çıxarıldı.
Mənbə
Ədəbiyyat
İstinadlar
Kateqoriya:D'Este