"Sure Thing" () — ABŞ müğənnisi və mahnı müəllifi Migelə aid mahnı. Mahnının arxasında prodüser Heppi Peres durur və bu mahnı Migelin "All I Want Is You" () (2010) adlı ilk albomu üçün yazılıb. İlk dəfə 2007-ci ildə "Myspace" üzərindən "YouTube"a yüklənib. 2011-ci ilin yanvarında albomun ikinci sinqlı kimi radioya təqdim edilib. R&B janrında olan mahnıda neosoul elementləri güclü şəkildə özünü göstərir və müğənni Con B-nin üslubuna yaxınlığı ilə xüsusi diqqət çəkir.

Mahnı ABŞ "Billboard Hot 100"də 36-cı pilləyə qədər irəliləyib. ABŞ R&B hit-paradında isə liderlik mövqeyinə çıxıb və əlli həftədən artıq orada mövcudluğunu qoruyub. "Sure Thing" Migelin "Billboard Hot R&B/Hip-Hop Songs" hit-paradındakı ilk birinciliyidir və "Adorn" üzə çıxana qədər, yəni 2012-ci ilə qədər onun ən güclü sinqlı olaraq qalıb. 2013-cü ilin iyuluna olan məlumata görə mahnı ABŞ-də 1 milyon 106 min nüsxə satıb.

On il öncə çıxan mahnı "TikTok"da viral olduqdan sonra axın platformalarında yenidən sıçrayış yaşayıb. Dünya üzrə bir çox ölkənin musiqi hit-paradlarına geri döndən mahnı həmin ölkələrin bir qismində indiyədək əldə etmədiyi mövqelərə çatıb. Böyük Britaniyada dördüncü pilləyə yüksəlib və Migeli bu bazarda ilk dəfə ilk ona salıb. 2023-cü ilin fevralında ABŞ radiosuna yenidən buraxılan "Sure Thing" mahnısı "Billboard Hot 100"ə də qayıdıb və on birinci yerdə qərar tutub. Migel isə bu uğurla "Pop Airplay" hit-paradında ilk dəfə zirvəyə çıxıb.

Musiqisi və sözləri Lirik baxımdan Migel sevgisini füsunkar bənzətmələrlə dilə gətirir. Sevgilisini taxtaya özünü isə təbaşirə bənzədir, yaxud özünü nota, sevgilisini isə melodiyaya oxşadır. Mahnının not yazısına görə əsər fa diyez minor (F♯m) tonallığında bəstələnib.

Videoklip thumb|Videoklipdən 17 saniyəlik fraqment|300x300px Musiqi videosunun rejissoru Hayb Vilyams olub, çəkilişlər Havay adalarının Honolulu şəhərində aparılıb və video 2011-ci il yanvarın 5-də izləyicilərə təqdim edilib.

Remiks versiya Rəsmi remiksin qonağı reper Puşa Tidir.

Lil Veyn isə 2011-ci il iyulun 13-də çıxan "Sorry 4 the Wait" miksteypində mahnının öz remiksinə yer ayırıb.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2010-cu ilin mahnıları Kateqoriya:2011-ci ilin sinqlları Kateqoriya:2023-cü ilin sinqlları