Şahzadə Aleksandra (; ) — Böyük Britaniya kralı V Corcun nəvəsi, Britaniya monarx ailəsinin üzvü.

25 dekabr 1936-cı ildə saat 11:20 radələrində Belqraviada dünyaya gəldi. Atası Şahzadə Georq Britaniya kralı V Corcun oğlu, anası Şahzadə Marina isə Yunanıstan kralı I Georqun nəvəsidir. 9 fevral 1937-ci ildə Bukingem sarayında vəftiz edildi. İkinci Dünya müharibəsi illərində atası cəbhədə vuruşurdu və bu səbəblə, nənəsi dul kraliça Mariya Teklə birlikdə onun Badmintondakı villasında yaşadılar. Atası 1942-ci ildə baş verən avia-qəzada həlak oldu. İlk öncə Askot Berkşirdə, ardından Parisdə yatılı məktəbdə təhsil aldı.

24 aprel 1963-cü ildə Vestminster abbatlığında Ceyms Brus Oqilvi ilə evləndi. Ərinin qraf ünvanı almaqdan imtina etməsi səbəbilə, övladları heç bir monarxial ünvan daşımır. Cütlüyün bu nigahdan 2 övladı doğuldu.

Ceyms Robert Brus Oqilvi (29 fevral 1964) Marina Viktoriya Aleksandra Oqilvi (31 iyul 1966)

Əri 1988-ci ildə cəngavər ünvanı aldı və 1997-ci ildə Məxvi şuraya üzv seçildi.

Mənbə

Ədəbiyyat

HRH The Duke of Kent; Vickers, Hugo (2022). A Royal Life. Hodder & Stoughton. ISBN 978-1529389708 HRH The Duke of Kent (21 September 2020). "His Royal Highness The Duke of Kent marks Blood Cancer Awareness Month" Jenkins, Roy (1999). "Sir John Simon". The Chancellors. London: Papermac. ISBN 0333730585 Seward, Ingrid (1994). Royal Children. London: St. Martin's Press. p. 171. ISBN 978-0312105334 Medal Yearbook 2021. Honiton, Devon: Token Publishing. 2021. p. 295. ISBN 978-1-908828-53-8

İstinadlar

Kateqoriya:XXI əsr Böyük Britaniya qadınları