Mişel Mayor ()Michel Mayor // Brockhaus Enzyklopädie (нем.) — F.A. Brockhaus, 1796.Michel Mayor // Munzinger Personen (нем.) — İsveçrə astrofizik alimi və Cenevrə Universitetinin Astronomiya kafedrasının fəxri professoru. M.Mayor rəsmi olaraq 2007-ci ildə təqaüdə çıxsa da, Cenevrə Rəsədxanasında fəal tədqiqatçı olaraq işləyir.http://www.accademiadellescienze.it (итал.)
O, 2010-cu il V.A.Ambartsumyan Beynəlxalq Mükafatının həmmüəllifidir.Viktor Ambartsumian International Prize. Дата обращения: 29 сентября 2012. Архивировано из оригинала 14 сентября 2016 года. O, Fizika üzrə Volf Mükafatı (2017il) və Fizika üzrə Nobel Mükafatı (2019il, Didye Keloz və Ceyms Pibls ilə birlikdə) laureatıdır.
Fransa Elmlər Akademiyasının (2002il),Michel Mayor Архивная копия от 4 мая 2020 на Wayback Machine (фр.) ABŞ Milli Elmlər Akademiyasının (2010il)Майор, Мишель на сайте Национальной академии наук США (англ.) xarici üzvü.
İş həyatı 1966-cı ildə Lozanna Universitetində fizika üzrə magistr dərəcəsi, 1971-ci ildə isə Cenevrə Rəsədxanasında astronomiya üzrə doktorluq dərəcəsi almışdır. Onun dissertasiyasının mövzusu Günəş ətrafındakı ulduzların kinematik xüsusiyyətləri və onların Qalaktikanın spiral quruluşu ilə mümkün əlaqəsinin araşdırılması olmuşdu. O, 1971-ci ildə bir müddət Kembric Universitetinin Astronomiya İnstitutunda işləyib. Cenevrə Universitetində işləyərkən Çilidəki Avropa Cənub Rəsədxanasında (ESO) və Havay Universitetinin Astronomiya İnstitutunda bir neçə elmi yaradıcı məzuniyyət keçirmişdir.Майор, Мишель на сайте Национальной академии наук США (англ.)
1971-ci ildən 1984-cü ilə qədər M.Mayor Cenevrə Universitetinin Astronomiya kafedrasının yerləşdiyi Cenevrə Rəsədxanasında elmi işçi kimi çalışmışdır. 1984-cü ildə universitetdə dosent olmuşdur. 1988-ci ildə universitet onu professor vəzifəsinə yüksəltmiş və 2007-ci ildə təqaüdə çıxana qədər bu vəzifədə qalmışdır. M.Mayor 1998-ci ildən 2004-cü ilə qədər Cenevrə Rəsədxanasının direktoru vəzifəsində çalışmışdır.Michel Mayor | IAU. Дата обращения: 29 сентября 2012. Архивировано 22 ноября 2012 года.
1995-ci ildə Didye Keloz ilə birlikdə Günəşə bənzər bir ulduzun (51 Pegasi) ətrafında fırlanan ilk ekzoplaneti kəşf etdi.Michel Mayor and Didier Queloz. A Jupiter-mass companion to a solar-type star (англ.) // Nature. — 1995. — Vol. 378, no. 6555. — P. 355—359. — doi:10.1038/378355a0. — Bibcode:1995Natur.378..355M. Архивировано 23 октября 2006 года. Bu kəşfə görə Mişel Mayor və Didye Keloz 2019-cu ildə Fizika üzrə Nobel mükafatına layiq görülüblər.
Mükafatları
1998 -ci ildə- Juliya Jansen Mükafatı 2000 -ci ildə - Balzan Mükafatı 2004 -cü ildə Albert Eynşteyn Medalı 2004 -cü ildə - Fəxri Legion Kavaleri ordeni 2005 -ci ildə - Şau Mükafatı, ("ulduzların ətrafında fırlanan ilk planetlərin orbitlərini və kütlələrini təyin və kəşf etdiklərinə, planetlərin və planet sistemlərinin necə əmələ gəldiyini anlamağımızda mübarizə etdiklərinə görə.") 2010 -cu ildə - Viktor Ambartsumyan adına Beynəlxalq Elm Mükafatı, ("planetar sistemlər və onları əhatə edən ulduzlar arasındakı əlaqələrin öyrənilməsinə verdiyi mühüm töhfələrə görə.") 2010 -cu ildə -Karl Şvartsşild Medalı 2011 -ci ildə - BBVA Fondunun Bilik Sərhədləri Mükafatı 2015-ci ildə - Kral Astronomiya Cəmiyyətinin Qızıl Medalı, "Digər ulduzların ətrafında fırlanan planetlərin kəşfinə və onları tapmaq üçün nəzərdə tutulmuş cihazların hazırlanmasına görə."The Royal Astronomical Society. Дата обращения: 14 февраля 2017. Архивировано 10 января 2015 года. 2015 -ci ildə - Kioto Mükafatı 2017 -ci ildə - Fizika üzrə Volf Mükafatı, "Günəşə bənzər bir ulduzun ətrafında fırlanan ilk ekzoplanetin kəşfinə görə." 2017 -ci ildə - Fəxri Legionun zabiti 2019 -cu ildə - Fizika üzrə Nobel Mükafatı
İstinadlar
Kateqoriya:Astronomik obyekt kəşf edənlər Kateqoriya:İsveçrə akademikləri Kateqoriya:XX əsr İsveçrə şəxsləri Kateqoriya:XX əsrin fizikləri