Karl-Qustav Arvid Rosbi (; ) — atmosferin irimiqyaslı hərəkətlərini ilk dəfə hidromexanika terminləri ilə izah edən İsveç əsilli amerikalı meteoroloq. O, həm şırnaq axınını (jet stream), həm də qərb küləklərindəki sonradan onun şərəfinə Rosbi dalğaları adlandırılan uzun dalğaları müəyyən etmiş və xarakterizə etmişdir.
Bioqrafiyası Karl-Qustaf Rossbi İsveçin Stokholm şəhərində anadan olmuşdur. O, Arvid və Alma Şarlotta (Marelius) Rossbi cütlüyünün beş övladından birincisi idi. Rossbi Stokholm Universitetində təhsil almış və burada riyazi fizikaya marağı yaranmışdır. Rossbi meteorologiya və okeanoqrafiya sahəsinə 1919-cu ildə Norveçin Bergen şəhərindəki Bergen Universiteti Geofizika İnstitutunda Vilhelm Byerknesin rəhbərliyi altında geofizika öyrənərkən gəlmişdir. Həmin dövrdə Byerknesin qrupu qütb cəbhəsi nəzəriyyəsi də daxil olmaqla, Bergen Meteorologiya Məktəbi kimi tanınan inqilabi konsepsiyaları hazırlayırdı.
İstinadlar
Xarici keçidlər Rossby Centre at SMHI Carl-Gustaf Rossby Research Medal
Kateqoriya:Massaçusets Texnologiya İnstitutunun müəllimləri Kateqoriya:ABŞ Milli Elmlər Akademiyasının üzvləri Kateqoriya:İsveç Kral Elmlər Akademiyasının üzvləri Kateqoriya:İsveçdən ABŞ-yə mühacirət edənlər