Əbu Bəkr Məhəmməd ibn Təyyib ibn Məhəmməd əl-Bəsri əl-Baqilani (; ) — Əşari kəlamçısı və maliki fəqihi.
Bioqrafiyası Atası və ya babalarından kiminsə paxla ticarəti ilə məşğul olmasından ötrü ona "Baqillani" deyilmişdir. Ləqəbi "Qazı"dır. Digər bir bir nisbəsi də "Bəsri"dir.
İbn Mücahid ət-Tai, Əbül-Həsən əl-Bəhili, Əbu Abdullah əş-Şirazi, İbn Əbu Zeyd əl-Qayrəvani, Əbu Bəkr əl-Əbhəri və İbn Səmundan üsul, fiqh, kəlam və əxlaq öyrənib, Əbu Bəkr əl-Qətii, İbn Məsi və Darəqutnidən hədis dinləyib. Bəsrə məscidində dərs deyib, Ədudüddövlə oğlu Simnanüddövləyə müəllimlik edib. Şirazda Ədudüddövlənin hüzurunda Əbül-Həsən əl-Əhdəb, Əbu İshaq ən-Nusaybini, şiələrədən İbn əl-Müəllim, şafeilərdən Əbül-Fərəc İbn Tərar ilə elmi debatlar etmişdir. Bizans imperatoru II Vasili Vulqarokton səfir olaraq göndərilmiş və orada da keşişlərlə üç üqnum inancı ilə bağlı debatlar etmişdir. Bir müddət qazı və qazıl-quzatlıq etmiş, Bağdaddakı Mənsur məscidində dərs demişdir. Əbu Cəfər əs-Simnani, Əli ibn Məhəmməd əl-Hərbi, Əbu Abdullah əl-Əzdi, Əbu Əbdürrəhman əs-Süləmi, Əbül-Qasım əs-Seyrəfi, Əbu Zər əl-Hərəvi və Əbu Xətim əl-Qəzvini onun tələbələrindən bəziləridir.
Bağdadda yaşadığı dövrdə Kərxi və müxtəlif bölgələri ziyarət etmiş, Hənbəli alimləri ilə elmi mübahisələr apararaq onların kəlam elminə münasibətini qismən yumşaltmışdır. Batiniyyə təliminə qarşı əsər yazmış və bu firqənin Bağdatdakı fəaliyyətlərini təkzib etmişdir. Batiniyyənin tərəfdarı olan Mosul valisi Kərvanın təhlükəli işlərinin qarşısını almaq üçün xəlifə Qədir-Billah tərəfindən Bəhaüddövləyə səfir kimi göndərilmişdir.
Baqillani 23 Zilqadə hicri 403-cü (5 iyun 1013) ildə Bağdadda vəfat etmiş və Əhməd ibn Hənbəl yanında dəfn edilmişdir.
Baqillani "ət-Təmhid", "əl-İnsaf", "İcazül-Quran", "əl-Bəyan" və başqa əsərlərin müəllifidir.
İstinadlar Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:İslam filosofları Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Sünni imamları Kateqoriya:Sünnilik Kateqoriya:XI əsr ərəbləri Kateqoriya:X əsr ərəbləri