Yohannes Robert Ridberq (; ) — 1888-ci ildə öz adını daşıyan Ridberq düsturunu tərtib etməsi ilə tanınan isveçli fizikdir. Bu düstur hidrogen atomundakı elektronun enerji səviyyəsinin dəyişməsi nəticəsində şüalanan fotonların (görünən işıq və digər elektromaqnit şüalanmaların) dalğa uzunluğunu təsvir etmək üçün istifadə olunur.
Bioqrafiyası
Ridberq 8 noyabr 1854-cü ildə İsveçin cənubundakı Halmstad şəhərində Sven Ridberq və Mariya Anderson Ridberqin tək övladı olaraq dünyaya gəlmişdir. Onun 4 yaşı olanda atası vəfat etmiş və ailə az gəlirlə yaşamağa məcbur olmuşdur. 1873-cü ildə o, riyaziyyat və fizikadan yüksək qiymətlər aldığı Halmstad ibtidai məktəbindən məzun olmuşdur. Elə həmin il Lund Universitetinə daxil olmuş və iki il sonra bakalavr dərəcəsini almışdır. 1879-cu ildə "3 və 4 nöqtəli kontaktda konus kəsiklərinin konstruksiyası" mövzusunda dissertasiyasını müdafiə edərək fəlsəfə doktoru dərəcəsinə layiq görülmüşdür.
Ridberq karyerasına universitetdə amanuensis (köməkçi müəllim) kimi başlamışdır. 1880-ci ildə riyaziyyat üzrə dosent, 1882-ci ildə isə fizika üzrə dosent olmuşdur. Bu dövrdə o, standart atom çəkisini öyrənməyə başlamışdır, çünki Mendeleyevin dövri sistemindəki atomların çəkisinin görünən təsadüfi artımının səbəbi onu düşündürürdü. O, bir neçə il ərzində bunun üçün bir düstur axtarsa da, nəticə əldə edə bilməmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:8 noyabrda doğulanlar Kateqoriya:1854-cü ildə doğulanlar Kateqoriya:28 dekabrda vəfat edənlər Kateqoriya:1919-cu ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Lund Universitetinin müəllimləri Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:Lund Universitetinin məzunları