thumb|230px| Azərbaycan Konstitusiyası Azərbaycanda hüquqi islahatlar — Azərbaycan müstəqillik əldə etdikdən sonra (“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Konstitusiya Qanunu, 18 oktyabr 1991-ci il) Azərbaycan Respublikası hökuməti hüquq sisteminin təkmilləşdirilməsi və onun səmərəliliyinin artırılması üçün müəyyən tədbirlər həyata keçirmişdir.The Constitutional Act on the State Independence of the Republic of Azerbaijan (18 October, 1991)
Azərbaycanın hüquq sistemi mülki hüquqa əsaslanır. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası ölkədə ali hüquqi orqandır. Qanunvericilik, məhkəmə və icra hakimiyyətləri arasında səlahiyyət bölgüsü Konstitusiyaya uyğun olaraq müəyyən edilmişdir.The Constitution of the Republic of Azerbaijan
Azərbaycan Respublikasının qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir:
Konstitusiya Referendumla qəbul edilmiş aktlar Qanunlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncam və qərarları Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Beynəlxalq müqavilələr
Səlahiyyətlərin ayrılması Konstitusiyaya görə Azərbaycan demokratik, hüquqi, dünyəvi və unitar respublikadır. Dövlət hakimiyyəti üç qol arasında bölünür: Milli Məclis (qanunverici orqan), Prezident (icra hakimiyyəti) və məhkəmələr.
Milli Məclis beş il müddətinə seçilən 125 deputatdan ibarət birpalatalı parlamentdir.
Azərbaycanın dövlət başçısı yeddi il müddətinə seçilən Prezidentdir.
Birinci vitse-prezident Azərbaycanda Prezidentdən sonra ikinci konstitusiya rəsmisidir və Prezident tərəfindən vəzifəyə təyin və ya vəzifədən azad edilir. Prezident icra hakimiyyətini həyata keçirmək üçün Baş nazirin sədrliyi ilə Nazirlər Kabinetini formalaşdırır. Məhkəmə hakimiyyəti Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Apellyasiya məhkəməsi, adi və digər ixtisaslaşdırılmış məhkəmələr vasitəsilə həyata keçirilir.
1995-ci il Konstitusiyasının qəbulundan sonra hüquqi islahatlar çərçivəsində demokratik prinsiplərə uyğun və beynəlxalq hüququn tələblərinə uyğun yeni qanunvericilik aktları və əlavələr qəbul edildi.
Konstitusiya və konstitusiya qanunları Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu (29 dekabr 1998-ci il);Milli qanunvericilik Naxçıvan Muxtar Respublikası Konstitusiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu (24 dekabr 2002-ci il); Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu (21 dekabr 2010-cu il)
MəcəllələrAzərbaycan Respublikasının Ali Məhkəməsi. Məcəllələr
Azərbaycan Respublikasının Əmək Məcəlləsi (1 fevral 1999) Azərbaycan Respublikasının Mülki məcəlləsi Azərbaycan Respublikasının Mülkü Prosessual məcəlləsi Azərbaycan Respublikasının Ailə Məcəlləsi Azərbaycan Respublikasının Cinayət məcəlləsiAZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT MƏCƏLLƏSİ Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsiAZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİ Azərbaycan Respublikasının Vergi məcəlləsi Azərbaycan Respublikasının Cinayət-Prosessual məcəlləsi Azərbaycan Respublikasının Cəzaların icrası məcəlləsi Azərbaycan Respublikasının Seçki məcəlləsi Azərbaycan Respublikasının İnzibati Prosessual məcəlləsi Azərbaycan Respublikasının Miqrasiya məcəlləsi Azərbaycan Respublikasının Su məcəlləsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsi Azərbaycan Respublikasının Meşə məcəlləsi Azərbaycan Respublikasının Torpaq məcəlləsi Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi məcəlləsi
Məhkəmə islahatları Məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi haqqında fərman Azərbaycan Prezidenti tərəfindən 2006-cı il yanvarın 19-da imzalanıb. Regionlarda yeni məhkəmələr yaradılıb, hakimlərin sayı artırılıb, məhkəmə prosedurları müasirləşdirilib, məhkəmə sistemi yenilənib.THE JUDICIAL AND LEGAL SYSTEM Yeni Məhkəmə sisteminə əsasən, Azərbaycanın 6 rayonunda öz fəaliyyətini həyata keçirən apellyasiya məhkəmələri yarandı. Apellyasiya məhkəmələri 4 kollegiyadan - Mülki, Cinayət, Hərbi və İnzibati-İqtisadi Palatadan ibarətdir və onlar öz fəaliyyətlərini ərazi yurisdiksiyası üzrə həyata keçirirlər.
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi birinci instansiya məhkəmələri və Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməsi üçün apellyasiya məhkəməsi kimi fəaliyyət göstərir. Bununla belə, Azərbaycan Respublikasının Ali Məhkəməsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kassasiya instansiyası məhkəməsidir.
Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları beynəlxalq maliyyə institutları tərəfindən dəstəklənib.
Azərbaycanda Prokurorluğun məhkəmə-hüquq sistemində rolu hüquqi və məhkəmə islahatları kontekstində öz həllini tapmış, onun fəaliyyəti beynəlxalq standartlara və demokratik təsisatların tələblərinə uyğundur. Azərbaycan Respublikasının Prokurorluq haqqında Qanunu 7 dekabr 1999-cu il tarixində qəbul olunmuşdur.LAW OF THE AZERBAIJAN REPUBLIC Qanunna əsasən Azərbaycan Prokurorluğu cinayət işlərinin başlanması, ibtidai istintaqın aparılması, təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icrasına nəzarəti həyata keçirən, mülki işlər üzrə dövlət adından iddiaçı qismində çıxış edən müstəqil orqandır.
Məhkəmə-Hüquq şurasıABOUT JUDICIAL-LEGAL COUNCIL Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları nəticəsində məhkəmə-hüquq sistemində özünüidarəetmə funksiyalarını həyata keçirmək məqsədilə 2005-ci ilin fevralında Azərbaycanın Məhkəmə-Hüquq şurası yaradılıb. Məhkəmə-Hüquq Şurası 9-u hakim olmaqla, eyni zamanda vəkillik nümayəndələrindən və Şuranın dövlət ittihamçısı olan 15 üzvdən ibarətdir. Şuranın səlahiyyətlərinə hakim olmaq istəyən namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, müxtəlif hakim vəzifələrinə dəyişdirilməsi, irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələlər daxildir.Law of the Azerbaijan Republic On Judicial-Legal Council
Azərbaycan Konstitusiyası, tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Məhkəmə-Hüquq Şurası haqqında, “Məhkəmələr və hakimlər haqqında” Qanun və digər qanunvericilik aktları Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin hüquqi əsasını təşkil edir. Qanunvericilik, icra və məhkəmə orqanları, Azərbaycan Vəkillər Kollegiyası və elmi qurumlarla əməkdaşlıq edir. Şuranın tərkibində hakim və prokurorların hazırlanması üçün xüsusi tədris şöbəsi yaradılıb. Hakimlərin seçilməsinin yeni üsuluna uyğun olaraq, 2005-ci ildə test, yazılı və şifahi imtahanlar daxil olmaqla, çoxmərhələli prosedurlar hazırlanmışdır. Hakim vəzifələrinə namizədlər üçün uzunmüddətli təlim kursları təşkil edilib. Bu kurslarda Türkiyədən və bir sıra başqa ölkələrdən yüksək səviyyəli hakimlər və ekspertləri, Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimləri və Amerika Hüquqşünaslar Assosiasiyasının mütəxəssisləri iştirak etmişdilər.
Konstitusiya islahatları 2002, 2009 və 2016-cı illərdə bütün ölkə ərazisində keçirilmiş Referendumların nəticələri ilə əlaqədar Konstitusiyanın mətninə dəyişiklik və yeni müddəalarla əlavələr edilmişdir.
2002-ci il Referendumu Prezident Heydər Əliyevin təşəbbüsü ilə Konstitusiyanın mətninə əlavə və dəyişikliklərlə bağlı ilk referendum 2002-ci il avqustun 24-də keçirilib.Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI Bu dəyişikliklər 7 əsas qrupa bölünür:Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 24 avqust 2002-ci ildə keçirilmiş ümumxalq səsverməsinin (referendumun) yekunları haqqında AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI
Azərbaycan Respublikasının Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən irəli gələn dəyişikliklər Azərbaycan Respublikasının İnsan Hüquqlarının və Səs Azadlıqların müdafiəsi üzrə Avropa Konvensiyasına qoşulması ilə bağlı dəyişikliklər Referendumların keçirilməsinin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər Azərbaycan Respublikası Parlament seçkiləri prosesində dəyişikliklər Azərbaycan Respublikası Prezident seçkiləri prosesində dəyişikliklər Dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər Məhkəmə islahatlarının həyata keçirilməsi ilə bağlı dəyişikliklər
2009-cu il Referendumu Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında ikinci referendum qanunu 2009-cu il martın 18-də ümumxalq səsverməsinə çıxarılıb və qəbul edilib.“2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 5 mart tarixli 972-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi Fərmanlarında və Sərəncamlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
2016-cı il Referendumu Konstitusiyanın mətninə əlavə və dəyişikliklərlə bağlı üçüncü referendum 2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilib.Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 21 il keçir 11 noyabr 2016-cı il
Dəyişikliklər iki əsas kateqoriyaya bölünür:
İnsan hüquq və azadlıqlarının artırılması, onların beynəlxalq və regional hüquqi sənədlərə uyğunlaşdırılması, təminat və müdafiə mexanizmlərinin təkmilləşdirilməsi Hakimiyyət bölgüsü prinsipinin, “qarşıdurma və tarazlıq” mexanizminin, habelə siyasi idarəetmənin və yerli özünüidarəetmə sahəsində fəaliyyətin təkmilləşdirilməsi
Ombudsman Aparatı 1996-cı ildən Azərbaycan Avropa Şurasının üzvü kimi milli qanunvericiliyin Avropa standartları səviyyəsinə yüksəldilməsi üçün səmərəli mexanizm hazırlamağa başladı."HEYDAR ALIYEV HERITAGE" Council of Europe Bu fəaliyyətin tərkib hissəsi kimi 22 fevral 1998-ci ildə Azərbaycan Prezidentinin “İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı tədbirlər haqqında” fərman qəbul edildi. 1998-ci il 18 iyun tarixində fərman qəbul edildi və İnsan hüquqlarının müdafiəsi üzrə Dövlət Proqramı təsdiq edilmişdi. Bu proqram çərçivəsində Ombudsman İnstitutu yaradıldıREPUBLIC OF AZERBAIJANMINISTRY OF FOREIGN AFFAIRS Human Rights və 2001-ci il dekabrın 28-də “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu qəbul edildikdən sonra baş verdi. Bu qanuna 1 sentyabr 2004-cü il, 3 mart 2006-cı il, 19 oktyabr 2007-ci il, 19 iyun 2009-cu il, 26 noyabr 2009-cu il, 6 may 2011-ci il, 24 iyun 2011-ci il, 27 iyun 2014-cü il və 12 aprel 2014-cü il tarixlərində bir sıra dəyişikliklər edilmişdir.Legal basis of the Commissione's activity
Bu qurumun əsas məqsədi Azərbaycan Konstitusiyasına və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq pozulmuş insan hüquq və azadlıqlarını bərpa etməkdir. Ombudsman Aparatı həmçinin işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokoluna uyğun olaraq, habelə Azərbaycan Prezidentinin 2009-cu il 13 yanvar tarixli Sərəncamına uyğun olaraq insan hüquq və azadlıqlarının bərpasını və pozulmasının qarşısını alır.National Program for Action to Raise Effectiveness of the Protection of Human Rights and Freedoms in the Republic of AzerbaijanОб Омбудсмане Конституционный Закон Азербайджанской Республики Об Уполномоченном по правам человека (омбудсмане) Азербайджанской Республики