300px|thumb|right|2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş Şuşaya həsr edilmiş Azərbaycan poçt markası Azərbaycanda ümumtürk kimliyi və mədəniyyəti — XX əsrin əvvəllərindən sovet dövrünün ilkin dövrlərinə qədər Azərbaycanda türkçülüyün inkişafı, müstəqillik dövründə Türk Dövlətləri Təşkilatı daxilində və xaricində Azərbaycanın türk dövlətləri ilə mədəni əlaqələrini artırması, ümumtürk kimliyi və mədəniyyətinin təbliği və sair.

Tarixi-mədəni arxa plan

Azərbaycan türk mədəniyyətinin inkişafı Azərbaycana türklərin gəlişi hunların dövründə başlamış və daha sonra davam etmişdir. Türk köçərilərinin daimi olaraq bölgəyə girişi Xəzər xaqanlığı dövrü üçün xarakterik idi, baxmayaraq ki, o dövrdə salınmış daimi türk məskənləri haqqında dəqiq məlumatlar yoxdur. XI–XIII əsrlərdə Səlcuqlar və Elxanilər dövründə türk oğuz tayfalarının Şərqi Zaqafqaziya və İran Azərbaycanına gəlişi ilə Azərbaycan xalqı formalaşmağa başlamış və bu proses XV əsrin sonlarına qədər davam etmişdir. Field Listing :: Ethnic groups (англ.). The World Factbook. ЦРУ. Проверено 23 мая 2012.

Azərbaycanlıların formalaşmasında oğuz dili əsas rol oynamışdır və Azərbaycan dili oğuz dilidir. Qıpçaq elementləri əvvəlcə qulam (kölə) şəklində mövcud olmuş, daha sonra isə böyük miqdarda olmaqla oğuzlarla birlikdə mövcud idi. Türk milli kimliyi və mədəniyyəti Elxanilər dövründə (1256–1335-ci illər) və Elxaniləri əvəz edib, ənənələrini yaşadan dövlətlərin dövründə çiçəklənmişdir. Cəlairilər dövründə Sultan Əhmədin Azərbaycan dilində əsər yaratması ("Eyləməz" qəzəli) kimlik quruculuğunda simvol, məna və dəyərləri təyin edərək mənəvi xəritə ortaya qoyur, Cəlairi-türk kimlik qaynaşmasında üstün olan türklərin və türk dilinin davamlılığını təmin edirdi. Monqol mənşədən gələn, İraqda yaşayıb türkləşən Cəlairilərin nümayəndəsi olan Sultan Əhmədin türk dilində yazması monqol və türk kimliyinin qaynaşması baxımından yaxşı nümunədir.

Orta əsrlər və erkən müasir dövr əlaqələri

Fuat Köprülü qeyd edir ki, hal-hazırda Azərbaycan dili adlandırılan türk ədəbi dialekti tarixən Xorasandan Anadoluya, Qafqazdan Bağdada qədər yayılmışdı. Dil nöqteyi-nəzərindən baxıldığı zaman İldırım Bəyazid ilə Qazi Bürhanəddin, Fateh Sultan Mehmet ilə Uzun Həsən, Yavuz Sultan Səlimlə Şah İsmayıl Xətai arasındakı münaqişə sadəcə hərbi-siyasi deyildi. Bu tarixi hadisələrin gedişində Yaxın Şərqin türk etnomədəni ərazisinin iki əsas komponentinin, eləcə də iki türk ədəbi dilinin — Osmanlı və Azərbaycan dillərinin yayılma və təsir sahələrinin sərhədləri müəyyən edilmişdir.

Azərbaycan ədəbiyyatı Osmanlı, Türkmən və Çağatay ədəbiyyatları arasında körpü rolunu oynamışdır. Osmanlı dövlətində paytaxtdan uzaq regionlarda, həcc və ticarət yollarında hərəkət edən karvanlar vasitəsilə Osmanlı şairləri ilə Azərbaycan və Şərqi türk şairləri arasında qəzəl və digər nəzm növlərinin bir növ "mübadilə"si aparılmışdır.AY, Ümran. "KLASİK TÜRK ŞİİRİNDE ‘GİDELÜM BÂRİ ŞEHRÜŊDEN’ REDİFLİ GAZELLER ÜZERİNE BİR İNCELEME". Eski Türk Edebiyatı Araştırmaları Dergisi [Journal Of Old Turkish Literature Researches], c. 6, sy. 4, 2023, ss. 902–23, doi:10.58659/estad.1389967. Azərbaycanlı-türkmənlər Osmanlı ali saray musiqisinə başlıca olaraq təsir etmişdilər. Azərbaycanlı Xacə Əbdülqadir bin Qeybi Marağainin Osmanlı türk musiqinin qurucusu kimi verilməsi mənşəyini dövrün Osmanlı musiqiçilərinin şifahi ənənələrindən götürür. Azərbaycanlı-türkmənlər həm İran fars dili və mədəniyyətində, həm də dil və mənşə baxımından bağlı olduqları Osmanlı türk mədəniyyətində dominant olduqları üçün iki mədəniyyət arasında elçi rolunu oynamış, xüsusilə Osmanlı ali saray mədəniyyətinin yaranmasına rəhbərlik etmişlər. Azərbaycan türklərinin Türk dünyası ilə əlaqələrini zəiflədən amillərdən biri Səfəvilər dövründə onların şiəliyə bağlılığıdır.

Tarixi

XX əsrin əvvəlləri

300px|thumb|right|İsmayıl Qaspıralı, Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşov (soldan sağa)

1905-ci ildə Əli bəy Hüseynzadə "Türkləşmək, İslamlaşmaq və Avropalaşmaq" fikrini Tiflisdə irəli sürmüşdür. Onun bu ideyası Ziya Gökalpa da təsir etmiş, Türkiyə yazıçısı Əli Canip Yöntem (1887–1967) Hüseynzadəni Ziya Gökalpa türkçülük aşılayan iki adamdan biri olaraq (digəri Abdullah Cevdət) qeyd etmişdir. Ziya Gökalp "ümumi türk millətinin vətəni haradır?" sualını belə cavablandırmışdır: Vətən nə Türkiyədir türk üçün nə Türkistan; Vətən böyük və əbədi bir ölkədir: Turan.

Əli Canip Yöntemə görə, Gökalp bu mənzumədəki ruhu özünə Turan soyadını götürən Əli bəy Hüseynzadədən almışdır. Azərbaycan bayrağında da Əli bəy Hüseynzadənin "Türkləşmək, İslamlaşmaq, Müasirləşmək" düsturu istifadə edilmişdir, göy rəng türklüklə əlaqəlidir. Azərbaycan Respublikasının rəsmi dövlət himninin müəllifi Üzeyir Hacıbəyov yazırdı: "Azərbaycan Cümhuriyyəti sağlam milli özül üzərində və türk düşüncəsi ilə yaradılıb… Eyni zamanda, Azərbaycan yeni cəmiyyət formalaşdırmağa, Avropa düşüncəsi ilə hərəkət etməyə çalışırdı. Bayrağımızdakı üç rəng bu elementləri özündə əks etdirir". Britannika Ensiklopediyasına görə, 8 türk xalqı (azərbaycanlılar, osmanlılar, çağataylar, tatarlar, qazaxlar, qıpçaqlar, səlcuqilər və türkmənlər) Azərbaycan bayrağının ulduzunun 8 guşəsində əks edimişdir.Encyclopædia Britannica Online, s. v. "flag of Azerbaijan", accessed April 23, 2016, http://www.britannica.com/topic/flag-of-Azerbaijan .

Müsavat partiyasının lideri Məhəmməd Əmin Rəsulzadə türk kimliyini müdafiə edirdi ("Bizim dilimiz türk, milliyyətcə türkük"), lakin bu pantürkizm Rusiya əsaslı idi və İsmayıl Qaspıralının islam modernizmindən qaynaqlanırdı.Мамин Эмин Расулзаде . C.19

İlkin sovet dövrü 300px|thumb|right|Birinci Türkoloji Qurultay iştirakçıları 1920–1930-cu illərdə Bakı şəhəri bütün türk xalqlarının mədəni həyatının mərkəzinə çevrilmişdir. Burada Tatarıstan, Özbəkistan, türkdilli Krım, Türkiyə və s. yerlərin görkəmli ziyalıları yaşayır və fəaliyyət göstərirdilər.Ашнин Ф. Д., Алпатов В. М., Насилов Д. М. Репрессированная тюркология . Москва: Издательская фирма "Восточная литература" РАН, 2002, 296 с. ISBN 5020183385

1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakı şəhərində SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı, yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm və əhəmiyyətli qərarların qəbul edildiyi Birinci Türkoloji Qurultay keçirilmişdir . Birinci Türkoloji Qurultayda türk dillərinin yeddi böyük problemi (əlifba, imla-orfoqrafiya, termin, tədris-metodika, qohum və qonşu dillərin qarşılıqlı əlaqəsi və interferensiya problemləri, türk dillərinin ədəbi dil problemləri, o cümlədən ortaq ədəbi dil məsələsi, ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi problemləri) müzakirə obyekti olmuş və müvafiq qərarlara imza atılmışdır.Həsən İmanov, Birinci Türkoloji Qurultay, "Yeni yol" qəzetinə əlavə, 7 noyabr, 1927, s. 13–14

SSRİ-də latın yazı sisteminə keçidin öncüsü Azərbaycan idi. 1922-ci ildə Səməd ağa Ağamalıoğlunun başçılıq etdiyi komissiya latın yazı sisteminə əsaslanan əlifba layihəsini təqdim etmişdir.История Азербайджана. — Баку: Изд-во АН Азербайджанской ССР, 1963. — Т. 3, часть 1. — С. 432.Алпатов В. М. 150 языков и политика. 1917–2000. Социолингвистические проблемы СССР и постсоветского пространства. — М.: Крафт+, Институт востоковедения РАН, 2000. — С. 48. Bu əlifba Sovet Azərbaycanında tətbiq edilmişdir. 1920-ci illərdə Azərbaycan yazısının əsasında Sovet İttifaqının türk xalqları üçün Yanalif yazısı yaradılmışdır.Johanson, L. (2021). Writing Systems. In Turkic (Cambridge Language Surveys, pp. 402–430). Cambridge: Cambridge University Press. doi:10.1017/9781139016704.019 Beləliklə, Azərbaycan əlifba islahatı Türk yazı inqilabına başçılıq etmiş, bütün Türk dünyasına birbaşa təsir etmişdir.Lummus, Wesley. (2021). One Nation, Two Languages: Latinization and Language Reform in Turkey and Azerbaijan, 1905–1938. Retrieved from the University of Minnesota Digital Conservancy, https://hdl.handle.net/11299/223150 . page 16. Atatürk islahatları çərçivəsində qəbul edilən türk əlifbası Azərbaycan əlifbasından təsirlənərək yaradılmışdı. Azərbaycan ziyalıları bu dövrdə Türkiyədə əlifba dəyişikliyini dəstəkləmiş, bununla bağlı qəzet və jurnallarda yayımlar etmişdilər. Kəraim filoloqu Seraya Şapşalın latın əlifbasına keçidlə bağlı fikrinin yaranması sadəcə Türkiyə türkcəsindəki islahatla bağlı deyildi, onun tanıdığı Azərbaycan dilinin də latın əlifbasına keçməsi Sapşala təsir etmişdi. Sapşal Polşada yaşayanda Azərbaycan daxil olmaqla, Qafqaz regionunun müstəqilliyini bərpa etmək istəyən Prometey hərəkatı ilə əlaqələr saxlayırdı. O, mütləq Azərbaycandakı latın əlifbasına keçid prosesini də izləyirdi.

Repressiyalar

17 may 1937-ci ildə "Kommunist" və "Bakinski raboçi" qəzetlərində Əhməd Cavada, Hüseyn Cavidə, həmçinin müsavatçılara, pantürklərə, milliyyətçilərə aid edilən yazıçılara qarşı məqalələr peyda olmuşdur.. 1937-ci ilin 4 iyununda gecə saatlarında Əhməd Cavad, Mikayıl Müşfiq, Hüseyn Cavid, Hacı Kərim Sanılı və Atababa Musaxanlı həbs edilmişdir. 1940-cı ildə Yusif Vəzir Çəmənzəminli əks-inqilabi müsavatçı-milliyyətçi təşkilatda iştiraka görə və pantürk və trotskiçi təbliğat apardığına görə, 8 il müddətinə əmək düşərgəsinə məhkum edilmişdir."Следственное дело № 169" (газета) (1 (13)). "Азербайджан". 5 января 1990.

1937-ci ilin 18 mart tarixində Əziz Qubaydullin həbs edilmişdir. 19–20 mart tarixlərində keçirilən Azərbaycan Kommunist Partiyası iclasında Mircəfər Bağırov Əziz Qubaydullin və Bəkir Çobanzadəni "pantürkizmin Azərbaycandakı görkəmli üzvləri" adlandırmışdı.Исмаилов, 2015, с. 90.

İstintaq ərzində Bəkir Çobanzadə guya 1934-cü ildə yaradılmış pantürkist "Ümumittifaq Vahid Mərkəzi"nin mövcudluğunu etiraf etmişdir. Tədricən, böyük bir "ümumittifaq, əks-inqilabi, üsyançı, pantürkist" təşkilatla bağlı cinayət işi ortaya çıxarılmışdır.Исмаилов, 2015, с. 115. Əziz Qubaydullin ittiham aktında "SSRİ ərazisində pantürkizmin ideoloqlarından biri" kimi təqdim edilmişdir.

Şair və Azərbaycan ədəbiyyatı tarixçisi Mikayıl Rəfili "əks-inqilabi, pantürkizm ideyalarını ədəbiyyata gizli yolla gətirdiyinə… Azərbaycan xalq poeziyasına qarşı sərt çıxış etdiyinə, formalist meylləri müdafiə etdiyinə görə" Azərbaycan Yazıçılar İttifaqından xaric edilmişdir.Рафили Микаэл (Микаил, Микаэль) Гаджи Гасан-оглы // Люди и судьбы: биобиблиографический словарь востоковедов — жертв политического террора в советский период (1917–1991). — Петербургское Востоковедение, 2003. İdris Həsənovun isə uzun müddət Azərbaycan dili sahəsində "pantürkist və təxribat işi" apardığı iddia edilmişdir.

Müstəqillik dövrü

300px|thumb|right|Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi mərasimi Türkdilli Ölkələr Dövlət Rəhbərləri Zirvəsi 1992-ci ildən bəri, Azərbaycanın da iştirakı ilə keçirilməyə başlanmışdır. 3 oktyabr 2009-cu ildə IX Türkdilli Ölkələr Dövlət Rəhbərləri Zirvəsində Naxçıvan müqaviləsi imzalanmış, Türk Şurası yaradılmışdır. Buna görə də 3 oktyabr tarixi Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü olaraq qeyd edilir. Türk Dövlətləri Təşkilatının bayrağının səkkizguşəli ulduzu isə Azərbaycan bayrağından götürülmüşdür.