Migel Hontel Pimentel () — ABŞ müğənnisi və mahnı müəllifi. Müasir və alternativ R&B sahəsində fəaliyyət göstərir. San-Pedro şəhərində (Kaliforniya) təşəkkül tapıb. Musiqi fəaliyyətinə 13 yaşında başlayıb. 2007-ci ildə "Jive Records" şirkəti ilə müqavilə bağlayıb. İlk studiya albomu "All I Want Is You" () 2010-cu ilin noyabrında işıq üzü görüb. Əvvəlcə məhdud maraq doğuran albom sonradan populyarlıq qazanıb. Albomun "Sure Thing" () adlı ikinci kompozisiyası 2023-cü ildə sosial şəbəkədə ("TikTok") yayılması nəticəsində "Billboard Hot 100" hit-paradında 11-ci pilləyə yüksəlib və ifaçının ən uğurlu əsərinə çevrilib.

"Jive" şirkətinin 2011-ci ildə bağlanmasından sonra "RCA Records" şirkətinə keçən ifaçı burada "Kaleidoscope Dream" (2012) adlı ikinci albomunu nəşr etmişdir. Bu albomun tərkibindəki "Adorn" mahnısı geniş dinləyici kütləsi qazanmışdır. İfaçının "Wildheart" () (2015) və "War & Leisure" () (2017) adlı növbəti albomlarında psixodelik və alternativ musiqi elementləri istifadə edilmişdir. "Wildheart" albomu "Billboard 200" siyahısında ikinci yerə yüksəlmiş, "War & Leisure" albomunda yer alan "Sky Walker" () (Trevis Skott ilə) kompozisiyası Amerika Səsyazma Sənayesi Assosiasiyasından üçqat platin sertifikatı almışdır. İfaçı yaradıcılığında R&B, fank, hip-hop, pop, rok və elektron musiqi janrlarından istifadə edir. Tənqidçilər onun vokal tərzini Beybifeys () və Prins kimi müğənnilərin ifa tərzi ilə müqayisə edirlər.

Erkən illəri Migel San-Pedro şəhərində (Kaliforniya) doğulmuş və tərbiyə almışdır. O, afroamerikalı ana və Meksika mənşəli amerikalı atanın iki övladından biridir. Valideyinləri onun səkkiz yaşı olanda ayrılmışlar. Uşaqlıq dövründə anasının dinlədiyi ənənəvi R&B janrı, eləcə də atasının maraq göstərdiyi fank, hip-hop, caz və klassik rok musiqiləri ilə tanış olmuşdur.

XI sinifdə bir yoldaşı onu "Drop Squad" istehsal şirkətinin əməkdaşı ilə tanış etmişdir. Bundan sonra o, orta məktəbi bitirənədək səsyazma studiyasının iş prinsipini mənimsəmişdir. Həmin dövrdə musiqi müqaviləsi əldə etməyə cəhd göstərmişdir. San-Pedro şəhərində yaşayan rep ifaçısı Blu ilə orta məktəb yoldaşı olmuşdur.

Şəxsi həyatı Migel öz bəyanatında Transendental Meditasiyanın həyat tərzinin tənzimlənməsində əsas vasitə olduğunu qeyd etmişdir.

2005-ci ildən model Nazənin Mandi ilə münasibət qurmuşdur. 2016-cı ilin yanvar ayında nişanlanma faktı ictimaiyyətə açıqlanmışdır. 2018-ci il 24 noyabr tarixində Kaliforniya ştatının Santa-Syuzana ərazisində yerləşən "Hummingbird Nest Ranch"da nikah mərasimi keçirilmişdir. 2021-ci ilin sentyabr ayında cütlük ayrılma barədə məlumat yaymış, lakin 2022-ci ilin əvvəlində münasibətlər bərpa olunmuşdur. 2022-ci il 4 oktyabr tarixində Mandi barışmaz ziddiyyətlər səbəbindən nikahın pozulması barədə məhkəməyə müraciət etmişdir.

2017-ci ildə musiqisinin dinləyicisi Xian Bass Migeli cinsi təcavüzdə ittiham etmişdir. Migel bu iddianı təkzib edərək, hadisənin təsvir edilən formada baş vermədiyini bildirmişdir.

2025-ci il 9 sentyabr tarixində Migel sosial şəbəkədə "VOGUE China" nəşrinin sabiq baş redaktoru Marqaret Çjanqdan 2024-cü ildə doğulmuş övladının mövcudluğu barədə məlumat vermişdir.

Diskoqrafiya Studiya albomları All I Want Is You (2010) Kaleidoscope Dream (2012) Wildheart (2015) War & Leisure (2017) Caos (2025)

İstinadlar

Xarici keçidlər

"Miguel: Second Wind" by The Fader

Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:RCA Records artistləri Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:Afroamerikalılar