Əbül-Həsən Əli ibn Abdullah ibn Cəfər ibn Nəcih əs-Sədi (; ) — iləlül-hədis sahəsində mühəddis.
Bioqrafiyası İbnül-Mədini olaraq da tanınır. Bəsrədə dünyaya gəlib.
Dini təhsilini Süfyan ibn Uyeynə, Yəhya ibn Səid əl-Qəttan, Həmmad ibn Zeyd və Əbdürrəzzaq əs-Sənani kimi dövrünün tanınmış alimlərindən aldı. Başda iləlül-hədis sahəsi olmaqla hədislə bağlı bütün sahələrdə ixtisaslaşaraq ən qabaqcıl mühəddislərdən biri oldu. Hətta aralarında Süfyan ibn Uyeynənin də olduğu bəzi müəllimləri ondan hədis rəvayət etdilər. Bağdada getdi və burada Yəhya ibn Main, Əhməd ibn Hənbəl və Mueyti kimi alimlərin ixtilaf etdikləri məsələlərdə yekun fikir söylədi.
Şafii və hənbəli məzhəblərinə aid təbəqat müəllifləri, Əli ibn Mədinini öz məzhəblərinə mənsub göstərməyə çalışsalar da, digər görkəmli mühəddislər kimi, onu da hər hansı bir məzhəbə aid etmək mümkün deyildir.
O, Səmərrada vəfat etmişdir.
Hədis elmindəki yeri Buxari "Səhih"ini əvvəlcə ona tədqiq və təhqiq etdirmiş, onun razılığını aldıqdan sonra əsərini oxutdurmağa başlamışdır. O, "əmir əl-möminin fil-hədis" tituluna yiyələnmiş, Buxari, Əbu Hətim, Əbu Davud, Əbu Müslüm əl-Kəcci, Əbu Yalə əl-Mövsili, Əbül-Qasım əl-Bəğavi kimi bir çox məşhur mühəddisə müəllimlik etmişdir.
O, "xəlqul-Quran" (minhə) hadisəsində ayaqlarından zəncirlə bağlanaraq 8 ay həbs edilmişdir. Öncə əksini təkidlə müdafiə etsə də, sonradan canını işkəncələrdən qurtulmaq üçün Quranın məxluq (xəlqul-Quran) olduğunu qəbul etmək məcburiyyətində qalmışdır. Bu da elm dünyasında onun nüfuzunu zədələmişdir. Bu hadisədən sonra başda Əhməd olmaqla, bəzi mühəddislər ondan hədis rəvayət etməyi dayandırmışlar. Əhmədin bu hadisədən sonra rəvayət silsiləsində bir müddət ona "bir kişi" (racülün) deyə xitab etmiş, daha sonra da ondan hədis rəvayət etməyi dayandırmışdır. Minhə (xəlqul-Quran) hadisəsində onu üzürlü hesab edənlər də olmuşdur. Nəsai, onun haqqında "o, mühəddis olmaq üçün yaranmışdır" ifadəsini işlətmişdir. Buxari isə "Səhih"ində onun 303 hədisinə yer verməklə ona olan etimadını nümayiş etdirmişdir. Əbu Davud və Nəsai də öz sünənlərində onu rəvayətlərinə yer vermişlər. Minhə hadisəsindən sonra Müslüm də ondan hədis rəvayət etməyi dayandırmışdır. Zəhəbi isə İbnül-Mədini "zəif" adlandıran Uqeylini çox sərt tənqit etmişdir. Xətib əl-Bağdadi onun haqqında söylənən müsbət və mənfi fikriləri sadaladıqdan sonra belə demişdir:
Həmçinin mənbələrdə Əli ibn Mədininin ölümə yaxın, imkan düşdükcə, Quranın məxluq olmaması fikrini dəfələrə dilə gətirdiyi qeyd edilmişdir.
Əsərləri Mənbələr onun 200 əsərin müəllifi olduğunu yazmışlar. Onun dövrümüzə gəlib çatan əsərləri bunlardır: İləlül-hədis və mərifətür-rical, Təsmiyətü əvladil-əşərə və qeyrihim min əshabi Rəsulillah və Əraü İbnil-Mədini fi uləmail-Bəsrə əlləzinə vəsəfəhüm Yəhya ibn Main bil-Qədəriyyə.
İstinadlar
Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Ravilər Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:IX əsr ərəbləri