Qdansk kranı () və ya Kran darvazası () – Polşanın Qdansk şəhərində, Motlava çayının üzərisində yerləşən, XV əsrə aid kran. Şəhərin ən tanınan və görməli tikililərindən biridir. Orta əsrlərdə Avropanın ən böyük liman kranı olmuşdur və regionun irs siyahısına daxildir.
Tarixi Szeroka küçəsi ilə Motlavanı əlaqələndirən darvazanın mövcudluğu haqqında ilk məlumat 1367-ci ilə aid olsa da, darvazanın xüsusiyyələri haqqında məlumatlar məlum deyil. 1442-ci ildə baş verən yanğından sonra Danziq meri Heynrix Vorrat yeni şəhər kranının yaradılması işlərini başlatmışdır. Tevton ordeni onu tələbini təsdiqləmiş və şəhərin divarlarında yerləşən kran 1444-cü ildə tamamlanmışdır. Tamamlandıqdan sonra "kran ustası" kimi tanınan şəhər hökuməti üzvü tərəfindən nəzarət olunmuşdur. Onun vəzifəsi kranın vəziyyətini və maliyyə durumunu nəzarət altında saxlamaq olmuşdur. Həmin dövrdə Qdansk kranı bütün Avropada ən böyük liman kranı idi.
Kranın əhəmiyyəti XIX əsrdə azalmağa başlamışdır və əsrin sonunda əsasən kiçik gəmi sarğılarının qaldırılmasında və pərvanələrin təmirində iştifadə olunmuşdur. 1945-ci ildəki Danziq mühasirəsi zamanı taxta kran və onun ətrafında orta əsrlərə aid müdafiə qurğularının 60%-i məhv olmuşdur. 1956–1959-cu illərdə bərpa işləri aparılmış, köhnə qaldırma mexanizmləri 1966-cı ildə yenidən quraşdırılmışdır. 1962–1965-ci illərdə muzeyin daxilində tikilmiş muzey daha sonra Milli Dənizçilik Muzeyinin tərkib hissəsinə çevrilmişdir.
Son illərdə kran bir neçə dəfə bərpa olunmuşdur. İlk bərpa işləri 2007-ci ildə aparılmış, 2015 və 2017-ci illərdə kiçik bərpa işləri görülmüşdür. 2020-ci ildə böyük bərpa işləri başlamışdır. Bir neçə gecikmədən sonra bərpa işləri 2024-cü ildə başaçatmış və kran 20 aprel 2024-cü ildə yenidən açılmışdır.
Xüsusiyyətlər Hazırkı kran 20 metr hündürlüyündədir və orijinal tikilidən 2 metr daha hündürdür. Dörd mərtbədə və kiçik zirzəmilərdən ibarətdir. Memarlığı utilitarian olsa da, qotika ənənələrindən istifadə olunmuşdur. Kran iki hündür və qalın kərpicdən tikilmiş qüllədən ibarətdir. Onlar iki (keçmişdə dörd) sütunla dəstəklənir. Motlava çayından görünməyən arxa tərəfi düz kərpic səthə malikdir.
Kran Motlava çayının sahilində yerləşir. Kranın özü gəmilərin karqolarının yükləmək və boşaltmaq üçün çaya doğru uzanır. Szeroka küçəsinin Motlava çayı ilə kəsişdiyi yerdə yerləşir. Şəhərdəki bir sıra qorunmuş "su darvazaları"ndan biridir. Kran Qdansk şəhərinin simvollarından və görməli yerlərindən biri hesab olunur. Kranda Milli Dənizçilik Muzeyinin filialı yerləşir.
İstinadlar
Kateqoriya:Qdansk tikililəri