Revilyahihedo adası () — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Coğrafiya Adanın uzunluğu 89 km, eni 48 km və 2755 km² ərazisi vardır. Ərzisinə görə ABŞ-nin 12-ci və dünyanın 166-cı ən böyük adasıdır. Yaxın adalara olan məsafə:

materikə (şərqdə) - Behm Kanalı boğazının ən dar hissəsində təxminən 1,5 kilometr. Qravina adasına (cənub-qərbdə) - təxminən 300 metr. Annett adasına (cənub) - Revillahihedo kanalının ən dar hissəsində təxminən 1,2 kilometr. Tarix Ada 1792-ci ildə ispan səyyahı Xasinto Kaamaqno tərəfindən kəşf edilmişdir. Adını ingilis səyyahı Corc Vankuver 1789-1794-cü illərdə Yeni İspaniyanın qrafı Xuan Visente de Quemesin (II Revilyahihedo) şərəfinə qoymuşdur.

Əhali 2000-ci il siyahıyaalınmasına görə, adada 13.950 nəfər yaşayırdı. Onların böyük əksəriyyəti Keçingen (13.025 nəfərМишель Жюрни, Майк Миллер. «Alaska’s Southeast: Touring the Inside Passage » (2008), изд. Globe Pequot, стр. 141—142 ISBN 978-0-7627-4535-7) və Saksman (431 nəfər) şəhərlərində yaşayır. Hər iki yaşayış məntəqəsi ölkənin cənub hissəsində, bir-birindən təxminən 4 kilometr aralıda yerləşir. İqtisadiyyat Adanın sakinlərinin əsas məşğuliyyəti balıqçılıq (Ketçiken digər xüsusiyyətləri ilə birlikdə “Dünya qızılbalığının paytaxtı” adlanır), ağac emalı və konserv istehsalıdır.

Ketçiken hava limanı qonşu Qravina adasında fəaliyyət göstərir.

Faktlar 1953-cü ildə yüz gün dayanmayan adada yağış yağmışdır. Adanın əsas şəhərinin ləqəblərindən biri də “Yağışlar paytaxtı”dır. 2005-ci ildə bərə xidmətini əvəz edəcək, qonşu Qravina və Revilyahihedo adalarını birləşdirəcək körpü üçün layihə təklif edilir. Siyasətçilərin səs-küylü bəyanatlarına və bir neçə yüz milyon dollar məbləğində pul ayrılmasına baxmayaraq, tikintiyə başlanılmır. Ayrılan pullar yoxa çıxır. Layihə qeyri-rəsmi "Heç yerə getməyən körpü" adını alır. İstinadlar

Mənbə Туристическая карта острова

Сборник литературы Elmi The structure and stratigraphy of Gravina and Revillagigedo Islands, Alaska Magmatism and deformation, southern Revillagigedo Island, southeastern Alaska The Mahoney Lakes area of Revillagigedo Island, Southeastern Alaska: A sensitive species survey

Kateqoriya:Aleksandr arxipelaqı