Əhməd Canxotoviç Xatkov (; ) — adıgey-sovet şairi.

Həyatı Əhməd Xatkov 24 sentyabr 1901-ci ildə Rusiya imperiyasının Kuban vilayətində anadan olmuşdur. O, 1910–1912-ci illərdə özəl məktəbdə oxumuş, ardınca Ufada təhsil almış. 1917-ci ildən sonra Qabukay kəndində müəllim işləyən Xatkov 1923–1926-cı illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində təhsil almışdır. Bundan sonra o, "Adıgeyskaya jizn" qəzetində redaktor müavini, pedaqoji texnikumda müəllim, sonra vilayət milli nəşriyyatında məsul redaktor, nəhayət, rayon xalq maarifi şöbəsində çalışmışdır. Xatkov 1926-cı ildə Sov. İKP(b) üzvü olmuşdur. O, 1934-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvü, 1934–1937-ci illərdə Adıgey Yazıçılar Təşkilatının məsul katibi olmuşdur.Источник — Электронные каталоги РНБ .

Əhməd Xatkov 23 dekabr 1937-ci ildə vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Rusiya imperiyası yazıçıları Kateqoriya:SSRİ şairləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:Rusiya tərcüməçiləri Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:XX əsr Rusiya yazıçıları Kateqoriya:Rus dilindən tərcümə edənlər Kateqoriya:XX əsr tərcüməçiləri