Kuyu adası () — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada.

Coğrafiya Adanın uzunluğu 105 km, eni 20–30 km və 1936 km² ərazisi vardır. Ərzisinə görə ABŞ-nin 16-cı ən böyük adasıdır. Yaxın adalara olan məsafə: Baranov adası — 15 kilometr. Kupreyanov adası — təxminən 500 metr. Adanın ən cənub nöqtəsi olan Desijn burnunda mayak yerləşir.

Fauna Ada tamamilə Tonqass Milli Meşəsinin bir hissəsidir. Kuyuda qonur ayılar və bariballar çoxluq təşkil edir. Zooloq Elizabet Pikokun hesablamalarına görə, onların sayı hər km²-ə 1,2–1,9 baş təşkil edir. Ayıların əsas qidası qızılbalıqlardır<ref>A Look at the Black Bears of Kuiu Island. Piecing Together Bear Puzzle на сайте adfg.alaska.gov</ref>. Adada həmçinin canavar, qunduz, sansar, su samuru yaşayır; dəniz məməlilərindən — dəniz şirləri, pərayaqlılar, qozbel balinalar.

Tarix Adanın xəritəsi ilk dəfə 1793–1794-cü illərdə Vankuver Ekspedisiyası zamanı araşdırmaçı Ceyms Constoun və Discoveri gəmisinin kapitanı Cosef Uidbi tərəfindən çəkilib.

Ədəbiyyat Джордж и Джон Ванкуверы, "A voyage of discovery to the North Pacific ocean, and round the world"'', 1801

Mənbə Высота приливов и отливов в заливе Дункан-Канал, остров Купреянова.

İstinadlar

Kateqoriya:Aleksandr arxipelaqı