Əhməd Məkin () — Türkiyə kino, televiziya və teatr aktyoru, prodüser, ssenarist. 200-dən çox filmdə rol almışdır.

Həyatı Əhməd Məkin 6 avqust 1935-ci ildə İstanbulda anadan olub. Əhməd Məkinin orijinal adı Əhməd Qurddərəlidir.

Onun dostları onun uzun boyundan ötəri ona "Filiz Əhməd" deyiblər. Güləş idman növü ilə məşğul olmuşdur. Usta işlədiyi üçün sümükləri qırılmışdı. Buna görə də idmanla məşğul olmadı. "Bakırköyspor"da oynayarkən böyük futbol komandasına transfer olacaqdı. Transfer olacağı gün ayağı qırıldı. Beləliklə idmanla məşğul olmadı. Bir müddət Bakırköy Xalq Evində teatrda işlədi. "Birlik və Tərəqqi" səhnəsində aktyor oldu. Nəhayət, 1957-ci ildə Bakırköy rejissoru Kənan Parsın köməyi ilə, karyerasına "Yüksəlmə" filmi ilə davam etdi.

Əhməd Məkin, "Səlvi Boylum, Al Yazmalım" filmi ilə türk kinosunun unudulmaz aktyorları siyahısında yer aldı. "Məhşərə qədər", "Bardakı Adam", "Bir Qurtum Su", "Bu günün sarayı", "Fahişəyə vurun", "Səlvi Boylum Al Yazmalım", "Ezo Gəlin", "Çiçək Abbas" kimi əhəmiyyətli filmlərin unudulmaz aktyorudür.

1978-ci ildə "Dəniz Qanı", "Bağrıyanıq Ömər" filmlərində oynadı.

Kinoya addım atdığı 1956-cı ildən bu yana təxminən 200 filmdə rol alan Əhməd Məkin, 1975-ci ilə qədər ciddi rolda oynayıb. Aktyorluğunda xarakterini öz istəyi ilə seçmişdir.

Özü kimi aktyor olan Şükran Sabunçu ilə evli olan Əhməd Məkin, 1998-ci ildən bu yana Balıqəsirdə Ərdək mahalının Ocaqlar diyarında sakit və təvazökar bir həyat yaşayır. Zeynəb və Kəzban adlı iki qızı var.

Filmoqrafiya

Aktyor kimi Qanun qanundur Təşkilat Eşqdən də üstün Kəpənəklər cüt uçar Bir türkə gönül verdim Toy Urfa, İstanbul və Beşiktaş mirası Səlvi boylum al yazmalım Bardakı adam Qəribə bir səyahətçi Çarəsizlər (Cüneyt Arkınla birgə) Bir insan yaratmaq Mən 72-ci məhəllə Atəş dağlı Qadın heç vaxt unutmaz Bu günün sarayı Kağız İtmiş şəhər Ümid üzümləri Tatar Ramazan Bizim hekayəmiz Filinta

Ssenarist Övladlıq Çiçək Abbas Yeddi günlük eşq Acı eşq Beş qardaşdılar Küçədən gələn qadın Vətən fədailəri Bitməyən mübarizə Qurbət yolçuları Aramıza qan girdi Zorakı milyoner Dövlət quşu Həlimədən məktub var Yaralı qurd Qan və qürur Qardaş qanı Vur gözünün üstünə Çöl qanunu Ölüm Allahın əmri Böyük şəhərin qanunu Canım mənim Cənnət fədailəri

Mükafatları 1961-ci ildə İzmir Sərgisində ən müvəffəqiyyətli kişi aktyor mükafatını qazandı. 1992-ci ildə Ankara Kino Festivalında Ömür boyu uğur mükafatını qazandı. 2011-ci ildə oynadığı "Görünməz" filmi ilə 30-cu İstanbul Kino Festivalında ən yaxşı kişi aktyor mükafatını qazandı.

İstinadlar

Xarici keçidlər IMDB Ahmet Mekin sayfası

Kateqoriya:Türkiyə aktyorları Kateqoriya:Türkiyə rejissorları Kateqoriya:Türkiyə ssenaristləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Albaniyaəsilli Türkiyə şəxsləri Kateqoriya:Türkiyə teatr aktyorları Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları