Jah Khalib (Ca Kalib, əsl adı ; d. ) — azərbaycan əsilli qazax rusdilli reper, müğənni, bitmeyker və prodüser.

Həyatı Bəxtiyar Məmmədov 1993-cü il sentyabrın 29-da Almatı şəhərində anadan olub.В Баку выступит казахский репер азербайджанского происхождения // vesti.az Atası azərbaycanlı, anası isə qazaxdır. Uşaqlıqdan rep musiqisi ilə maraqlanıb. Musiqi məktəbində saksofon sinfi üzrə təhsil alıb.Jah Khalib: "Мне достаточно одного лейбла — это мой Казахстан" // ZTB. KZ Kurmanqazı adına Qazax Milli Konservatoriyasının musiqişünaslıq və menecment fakültəsini bitirib.

Bitmeyker və saund-prodüser qismində müxtəlif qazaxıstanlı reperlərlə işləyib. Solo karyeyaya başlayandan sonra Jah Khalib adını özünə səhnə təxəllüsü götürüb. Onun sözlərinə görə Khalib uydurulmuş ad, Jah (Ca) isə rastafari hərəkatında allah adıdır. Treklərinin sosial şəbəkələrdə yayılması sayəsində geniş şöhrət qazanmışdır. Onun ilk trekləri arasında daha çox "Tvoi sonnıe qlaza", "SnD" "Sjiqaya dotla" və "Tı dlya menya" populyar olub. Jah Khalib tezliklə nəinki Qazaxıstanda, həmçinin digər postsovet ölkələrində də məşhur oldu.Jah Khalib // Forbes Kazakhstan

2016-cı ildə "Yesli çe, ya Baxa" adlı solo albom buraxıb. 2017-ci ilin yazında "Leyla" kompozisiyasına klip çəkdirib.Новости музыки: Казахский исполнитель Бахтияр Мамедов представил новый клип // planet-today.ru

2015 və 2016-cı illərdə "Forbes Kazakhstan" jurnalının şou-biznes və idman ulduzları siyahısına daxil idi. 2017-ci ilin iyununda "İlin sıçrayışı" nominasiyasında Muz-TV mükafatının laureatı olub.Казахстанец Jah Khalib получил премию Муз-ТВ в номинации "Прорыв года" // informburo.kz

Diskoqrafiya

Albomları Albom Buraxılış iliKHALIBaniya Duşi2015Cazovıy qruv2016Vsyo şto mı lyubim 2016Yesli çe, ya Baxa2016E.G.O2018Vıxor v svet20199112020Baxa i Dmitri Karantino2020Mudrets2021Desert Eagle2021

Videoklipləri Klip Buraxılış iliZNNKN2015Sunshine Lady 2015Sozvezdie anqela2016Melodiya2017Leyla2017Medina2018Djadua2019İskal-naşyol2021MamaMiya2021Lilovaya2021

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan repçiləri Kateqoriya:Qazaxıstan azərbaycanlıları