() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Vətəni Şimali Amerika – Pensilvaniyadan Corciya və Alabamaya qədərdir. Moskvada, Sankt-Peterburqda və digər iri şəhərlərdə yaşıllıqlarda və parklarda təsadüf edilir.
Botaniki xarakteristikası Hündürlüyü 20–30 m-ə qədər, sıx enli-piramidal çətirli ağacdır. Yarpaqları bölümlü, uzunsov, yumurtaşəkilli və ya ensiz-ellipsvari, ucu biz, nazik dişli, uzunluğu 10–15 sm olan, 5 yarpaqcıqdan ibarət, saplağı uzundur. Yarpaqların üstü tünd yaşıl, altı sarımtıl-yaşıldır. Çiçəkləri sarı, ölçüsü 3 sm, uzunluğu 10–15 sm olan süpürgələrdə yerləşir. Şaxtaya davamlıdır. Meyvələri yumru, diametri 5–6 sm, əsasən 2 toxumludur. Şəhər şəraitini yaxşı keçirir. İri vəziyyətdə köçürülməni yaxşı keçirir. Adi atşabalıdından 2–3 həftə sonra, may-iyunda çiçəkləyir. Meyvələri sentyabrda yetişir.
Ekologiyası Atşabalıdı növləri arasında soyuğa çox davamlıdır. Kölgəyə dözümlüdür.
Azərbaycanda yayılması Abşeronda mədəni şəraitdə becərilir.
İstifadəsi Davamlılığına və dekorativliyinə görə Şimali meşə zonasının Orta və Cənub-Qərbi hissələrində geniş yayılmışdır. Tək, qrup, alleya, küçə və yol ətrafı əkinlərdə istifadə edilir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:25–29 ID olan Taksonbar