Hveryon () — Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) şimal-şərqində yerləşən Hamqyon-Pukto vilayətində şəhər. Şəhər, Tümen çayının sahilində yerləşir, çayın digər sahilində isə Çin Xalq Respublikasının Cirin vilayəti yerləşir. Sanhe () qəsəbəsi Çində yerləşən ən yaxın yaşayış məntəqəsidir. Hveryon, Kim İr Senin ilk həyat yoldaşı və Kim Çen İrin anası Kim Çen Sukun doğum yeri olaraq qəbul edilir. Şəhər Yaponiya hakimiyyəti altında "Kayney" olaraq bilinirdi.

Şəhərdən 20 km uzaqlıqda 22 saylı Konsentrasiya Mərkəzi (Hveryon Konsentrasiya Mərkəzi) yerləşir..

Tarixi thumb| Kim Çen Sukun doğum yeri. Hveryon, öz xalqını Yalu çayının şimalında yaşayan düşmən köçəri xalq olan Çurçenlərdən qorumaq üçün Coson kralı Böyük Seconun (1418—1450) əmri ilə yaradılmış altı qarnizon məntəqələrindən (Hanqıl: 육진, Hansa: 六鎭) biri idi.

2007-ci ilin may ayının əvvəlində yeni təyin olunmuş KXDR baş naziri özüylə birlikdə Cənubi Koreyada hazırlanan 1 vaqonluq ekipaj və 3 vaqonluq sement gətirmişdir. Məhsulları Hveryon Xalq Komitəsinə göndərdikdən sonra komitə, Hveryon şəhərini Kim Çen Sukun doğulduğu yer olduğundan bəzəmək əmri vermişdir.

Həmin ay, Şimali Koreyanın yaxın tarixində ilk dəfə olaraq ictimai etiraz baş vermişdir. Konsentrasiya mərkəzinin bir gözətçisi, məhbuslardan birinə yemək verdiyinə görə, ailəsinin təhlükəsizliyi üçün Hveryon konsentrasiya mərkəzindən ayrılmağa məcbur edilmişdi.

İnzibati bölgü Hveryon şəhəri 19 tonqa (qonşuluq) və 28 riyə (kənd) bölünmüşdür:

Çunqdo-don Çunqbon-don Çiruolparil-dong Kanqan-don Kiyerim-don Kunqsim-don Manq yanq-don Nammun-don Osandok-ton Pol-don Saemul-don Sanoop-ton Seçoon-don Sinçon-don Sonçon-don Subuk-ton Tonmyon-don Yokçon-don Yuson-don Çante-ri Çanyo-ri Hakpo-ri Hanyon-ri Honsal-li İnqü-ri Kesan-ri Keha-ri Kulsal-li Kumsenq-ri Musal-li Namsal-li Obonq-ri Oriyu-ri Panquol-li Pyokson-ri Punsal-li Raksaenq-ri Ryonçol-li Saul-li Sinhun-ri Sonbun-ri Sondun-ri Sonhan-ri Taedonq-ri Toxun-ri Uonsal-li Yonsu-ri

İqtisadiyyat Hveryonun əsas sənaye filialları mədən maşınları və kağız dəyirmanıdır. Bundan başqa, ərazidə çoxlu sayda mədən mövcuddur. KİV məlumatlarına görə, 2017-ci ildə Hveryonun adi sakinləri gündə 3-4 saat elektrik alırlar.

Mənbə

İstinadlar

Ədəbiyyat Dormels, Reyner. North Korea's Cities: Industrial facilities, internal structures and typification. () Cimondan, 2014.

Xarici keçidlər

Naenara-da Hveryon şəhəri şəkil albomu 4 qalanın və 6 qarnizon məntəqəsinin mövqeyi Hveryon şəhərinin profili

Kateqoriya:Şimali Koreya şəhərləri