Girişin idarə edilməsi mexanizmi və ya Giriş-çıxış nəzarət sistemi — avtomatlaşdırılmış sistemlərdə icazəsiz girişi aşkarlayan, onun qarşısını alan və qanuni girişə icazə verən avadanlıq və ya proqram təminatı, sistem proseduru, administrator proseduru və onların müxtəlif kombinasiyalarıdır.
thumb|Barmaq izləri skaneri vasitəsilə fiziki təhlükəsizlik və giriş-çıxış nəzarəti sistemi thumb|Hərbi dənizçi, nəqliyyat vasitəsinin hərbi obyektə daxil olmasına icazə verməzdən əvvəl sürücünün şəxsiyyət vəsiqəsini (ID) yoxlayır
Bu sistemlər şəxslərin müəyyən edilmiş ərazilərə daxil olmasını və oradan çıxmasını tənzimləmək, izləmək və qeydiyyatını aparmaq üçün nəzərdə tutulmuş sistemlərdir. Fiziki təhlükəsizlik və informasiya təhlükəsizliyi sahələrində giriş nəzarəti, təhlükəsizlik mülahizələrinə görə mühafizə edilən bir sahəyə və ya resursa müraciətin və ya keçidin müəyyən qaydalar çərçivəsində məhdudlaşdırılması və ya icazəyə bağlanması vəziyyətidir.
Bu sistemlər, adətən fiziki təhlükəsizlik əməkdaşının olmadığı yerlərdə və ya geniş ərazilərdə insan axınını idarə etmək üçün istifadə olunur. Məsələn, bir təhsil müəssisəsinin giriş qapısında quraşdırılmış giriş-çıxış nəzarət sistemi yalnız müvafiq icazəsi olan tələbə və heyətin içəri daxil olmasına imkan verir. Giriş-çıxış nəzarət sistemləri müxtəlif üsullarla fəaliyyət göstərə bilər. Bunlara aşağıdakılar aid edilir:
Kimlik təsdiqi (Autentifikasiya): Bu üsul, xüsusi elektron kimlik kartları, biometrik məlumatlar (barmaq izi skaneri, üzün tanınması) vasitəsilə istifadəçinin kimliyini müəyyən edir və keçid hüququnu yoxlayır. Təhlükəsizlik kodları (Parollar): Bu üsul, giriş nöqtəsində quraşdırılmış xüsusi panellərə yalnız səlahiyyətli istifadəçilərə verilən rəqəmsal və ya hərfi kodların daxil edilməsi ilə işləyir. Fiziki açarlar və kilidlər: Bu üsul, ənənəvi və ya mexaniki kilit sistemləri, eləcə də elektromaqnit və ya solenoid mexanizmlərin istifadəsi ilə idarə olunur.
Giriş-çıxış nəzarət sistemləri müasir dövrdə sənaye və xidmət sahələrində çox geniş tətbiq sahəsinə malikdir. Xüsusilə banklar, istehsalat müəssisələri, dövlət obyektləri kimi yüksək təhlükəsizlik tələb edən strateji məntəqələrdə müntəzəm olaraq istifadə olunur. Bu sistemlər, giriş və çıxışları avtomatik idarə edərək potensial təhlükəsizlik risklərini minimuma endirməyə kömək edir. Eyni zamanda, insani səhvləri və mühafizə heyətinə olan ehtiyacı azaldaraq iş yerlərində əməyin səmərəliliyini artırır. Giriş nəzarətində ən çox yayılmış klassik üsullar isə fiziki kilidlər və şəbəkə təhlükəsizliyi daxilində tətbiq olunan sistemə daxilolma (login) metodlarıdır.
thumb|Giriş-çıxış nəzarəti üçün nəzərdə tutulmuş qollu turniket sistemləri thumb|Nyu-York metropoliteni sisteminə giriş qismində tətbiq olunan nəzarət zonası thumb|Ovucun daxilindəki damar izi və biometrik təsdiqləmə vasitəsilə keçid nəzarəti
Elektron giriş-çıxış nəzarəti Elektron giriş-çıxış nəzarəti, müəyyən bir sahəyə giriş və çıxışları idarə etməklə səlahiyyətsiz şəxslərin həmin əraziyə daxil olmasının qarşısını alan elektron sistemdir. Bu sistemlər təhlükəsiz keçidi təmin etməklə yanaşı, keçidlərin sayını və intensivliyini ölçərək mühüm statistik məlumatlar təqdim edir. Elektron giriş-çıxış nəzarəti sistemi təqdim olunan kimlik məlumatlarına əsasən keçid icazəsi verir. İcazə təsdiqləndikdə qapı öncədən müəyyən edilmiş müddət ərzində açıq qalır. Bu sistemlər mexaniki kilidlərin və açarların şifrələrini həll etmək üçün proqram təminatı kodlarından istifadə edir. Ənənəvi mexaniki kilidləri əvəz etmək üçün müxtəlif autentifikasiya (təsdiqləmə) üsulları tətbiq oluna bilər:
Biometrik təsdiqləmə (üzün tanınması, barmaq izi, göz skaneri və s.) Kart vasitəsilə təsdiqləmə (smart kartlar, RFID kartlar) Şifrə vasitəsilə təsdiqləmə (PIN kodlar)
thumb|Ardıcıl kontrollerlərdən () istifadə edən giriş-çıxış nəzarəti sisteminin topologiyası
Giriş icazəsi verildiyi zaman qapı müəyyən olunmuş müddətə açılır və bu əməliyyat verilənlər bazasında qeydiyyata alınır. Giriş rədd edildikdə qapı kilidli vəziyyətdə qalır və sistemdə müvəffəqiyyətsiz cəhd kimi jurnal qeydlərinə () yazılır. Sistem həmçinin qapı açıldıqdan sonra çox uzun müddət açıq saxlanılarsa və ya güc tətbiq edilərək qırılarsa, həmin qapını və həyəcan siqnalını izləyir, dərhal əvvəlcədən təyin edilmiş təhlükəsizlik prosedurlarını dövriyyəyə cəlb edir.
Elektron giriş-çıxış nəzarətinin tətbiq sahələri Giriş-çıxış nəzarət və izləmə sistemləri müasir dövrdə təhlükəsizlik və idarəetmə tələb edən demək olar ki, hər bir sahədə geniş şəkildə istifadə olunur. Bu sahələrdən bəziləri aşağıdakılardır:
Biznes mərkəzləri, plazalar, iş yerləri və ofis binaları Hava limanları və beynəlxalq keçid məntəqələri Xəstəxanalar, klinika və tibb mərkəzləri Universitetlər, kolleclər və orta təhsil müəssisələri Otellər, kurort və istirahət zonaları Alış-veriş mərkəzləri (AVM) və böyük mağazalar şəbəkəsi Sənaye müəssisələri və fabriklər Banklar, xəzinədarlıqlar və digər maliyyə orqanları Verilənlər bazası mərkəzləri () və bulud xidmət provayderləri Stadion, arena və kütləvi tədbir sahələri İnzibati dövlət binaları və hökumət obyektləri İdman və fitnes kompleksləri Logistika qovşaqları, terminallar və anbar kompleksləri Elmi-tədqiqat mərkəzləri və laboratoriyalar Yüksək mühafizəli dövlət sərhədləri və nəzarət-buraxılış məntəqələri Muzeylər, sərgi və incəsənət qalereyaları Penitensiar müəssisələr (həbsxanalar) və ədliyyə sarayları (məhkəmələr) Strateji və yüksək təhlükəsizlikli obyektlər (hərbi bazalar, atom elektrik stansiyaları və s.)
İstinadlar
Ədəbiyyat siyahısı İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Kateqoriya:Kimlik menecmenti Kateqoriya:Fiziki təhlükəsizlik Kateqoriya:Hərbi terminlər