Jaron Zepel Lanye (; ) — ABŞ alimi, "virtual reallığın atası", vizual rəssam və klassik musiqinin bəstəkarı.

Həyatı Jaron Zepel Lanye 3 may 1960-cı ildə ABŞ-nin Nyu-York şəhərində anadan olmuşdur.

Fəaliyyəti Jaron Zepel Lanye Amerikalı alim, "virtual reallığın atası" adlandırılmışdır. Kompüter aləmi bu anlayışla 1984-cü ildə Lanyenin "Scientific American" jurnalında virtual kompüterlər aləmini öyrənmək üçün nəzərdə tutulmuş Embrace proqramlaşdırma dilinin yaradılması barəsindəki müsahibəsində tanış olmuşdur. O zamandan Lanyenin adı virtual reallıqla sinonim kimi qəbul edilir. O, şəbəkə kommunikasiyaları və hərəkət edən kameranın effektlərinin yaradılması üçün virtual vasitələr yığımı üçün avatarların ilk yaradıcılarındandır. İlk dəfə Lanye real zamanda cərrahiyə əməliyyatları və telecərrahiyyə üçün simulyatorlar yaratmağa başlamış və elmə vizual proqramlaşdırmanı gətirmişdir.

Mənbə Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ alimləri Kateqoriya:ABŞ film bəstəkarları Kateqoriya:ABŞ ixtiraçıları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri Kateqoriya:ABŞ musiqiçiləri