Artur Stüart () — Şotlandiya kralı IV Ceymsin oğlu, Albani və Rotsey hersoquBingham, Caroline James V King of Scots
20 oktyabr 1509-cu ildə Holirud sarayında dünyaya gəldi. Atası Şotlandiya kralı IV Ceyms, anası isə İngiltərə kralı VII Henrinin qızı Marqarita Tüdordur. Adını gənc yaşda vəfat edən dayısı Uels şahzadəsi Artur Tüdordan almışdır. Cütlüyün ondan öncə 2 övladı doğulsa da, bu uşaqlar ya ölü doğulmuş, ya da 1 yaşından öncə vəfat etmişdi. Bu səbəblə, doğumundan etibarən Albani və Rotsey hersoqu ünvanlarını daşıdı və Şotlandiya taxtının varisi oldu.
Ancaq onun da ömrü uzun olmadı. 14 iyul 1510-cu ildə Edinburq qalasında hələ 8 aylıq ikən vəfat etdi. Cənazəsi valideynlərinin evləndiyi Holirud abbatlığına dəfn olundu. Vəfatıyla IV Ceyms və Şotlandiya taxtı yenidən varissiz qaldı.
Mənbə
Ədəbiyyat Alison Weir, Britain’s Royal Family: A Complete Genealogy Profili Peerage.com
İstinadlar
Kateqoriya:Şotlandlar Kateqoriya:1510-cu ildə vəfat edənlər Kateqoriya:1 yaşından əvvəl vəfat edənlər