Ağ durna () — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Kateqoriyası Azərbaycanda heç bir mənfi təsirə məruz qalmadan həmişə kritik vəziyyətdə olub.

Qısa təsviri Boyu 140 sm, qanadlarının açılmış vəziyyətdə uzunluğu 2,1-2,3 m, kütləsi 5-8,6 kq-dır. Ümumi rəngi ağ, qanadlarının ucu qara, ayaqları çəhrayı rəngdədir. Erkək fərd dişidən azca iri və dimdiyi nisbətən uzundur.

Yayılması Miqrasiya zamanı və bəzən qışda Xəzər sahili boyu, iri daxili su-bataqlıq sahələrinin dayaz sularında müşahidə olunur. Hər il eyni yuvalama və qışlama yerlərinə qayıdırlar. Oktyabr ayında Azərbaycandan keçir. Şirvan MP-də müntəzəm qeydə alınır. Sayı 1 fərd olur. Ağgöl gölündə və Samux rayonu ərazisində əvvəllər qeydə alınmışdır.

Yaşayış yeri və həyat tərzi Miqrasiya vaxtında və qışlaqlarda, keçilməz açıq bataqlıqların və göllərin dayaz su sahələrində olur. Yazda və payızda ağ durnanın yemini xırda balıqlar, gəmiricilər, kərtənkələ, qurbağa, ilan və s., müvəqqəti dincəlmə yerlərində olan su bitkiləri təşkil edir.

Əhali üçün əhəmiyyəti Elmi, estetik və dekorativ əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər Ovlanması qadağandır. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan Milli Parkı və digər xüsusi rejimlə qorunan ərazilər pozitiv təsir edib. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, CITES, Ramsar, Bern, Bonn konvensiyalarına və AEWA sazişinə daxil edilib qorunur.

Qorunması üçün məsləhət görülmüş tədbirlər Növün kritik vəziyyətinin geniş maarifçiliyə ehtiyacı var.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Türkiyə quşları Kateqoriya:Pakistan quşları Kateqoriya:İran quşları Kateqoriya:Azərbaycan quşları Kateqoriya:Şimali Asiya quşları Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Peter Simon Pallas tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1773-cü ildə təsvir edilən heyvanlar