Habib Diqbo Q'nampa Mayqa () — Sent-Etyen klubundan icarə əsasında Liqa 2 təmsilçilərindən olan Metz klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Kot-d'İvuar futbolçusu.

Klub karyerası

Sent-Etyen Mayqa öz peşəkar karyerasında debütünü Sent-Etyen klubu ilə 4 mart 2017-ci ildə etmişdir. Mayqa 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Sent-Etyen Liqa 1 görüşündə Bastiya ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. O, karyerasında ilk qolunu 14 oktyabr 2017-ci ildə Metz klubuna qarşı oyunda vurmuşdur. Mayqa 95-ci dəqiqədə qolla yadda qalmış və komandası 3-1 hesabı ilə qalib gəlmişdir.

Arsenal Tula 21 fevral 2018-ci ildə Mayqa Rusiya Premyer Liqası təmsilçilərindən olan Arsenal Tula klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir.

Milli karyerası Mayqa 2017-ci ilin noyabr ayında Dünya Kubokunun təsnifat mərhələsində Mərakeş millisinə qarşı oyunda iştirak etmək üçün Kot-d'İvuar millisinə dəvət almışdır.

Karyera statistikası

Klub

KlubMövsümLiqaKubokLiqa KubokuAvropaDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolSent-Etyen2016–17Liqa 150000000—502017–181310000——131Arsenal Tula2017–18Rusiya Premyer Liqası10————10Ümumi karyera19100000000191

Uğurları

İstinadlar

Xarici keçidlər Saint-Étienne profile

Kateqoriya:Kot-d'İvuar futbolçuları Kateqoriya:Sent-Etyen AS futbolçuları Kateqoriya:Mets FK futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Legioner Kot-d'İvuar futbolçuları Kateqoriya:Fransa Liqa 2 futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Kot-d'İvuar milli futbol komandasının oyunçuları Kateqoriya:Ferentsvaroş FK futbolçuları Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri