Stalinin başı tammetrajlı bədii filmi rejissor Emil Abdullayev tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyası və İlk medianın birgə məhsuludur. “Stalinin başı” macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Filmdə əsas rolları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov, İlkin Misgərli, Ülfət Bəşir Fazil, Ənvər Abbasov və Ceyhun Məmmədov ifa edirlər.
Məzmun Bozbaş Picturesin 6 qəhrəmanının əllərinə Stalinin trubkası ilə birgə vəsiyyətnaməsi düşür. Belə ki, bu trubka — partiyanın böyük xəzinəsinin açarıdı, hansı ki, Gürcüstanın Qori şəhərində yerləşən İosif Stalinin doğma evində gizlədilib. Çətinlik isə odur ki, altı dost hamısı türmədədirlər. Belə olduqda onlar qaçış planlaşdırırlar. Lakin onların hər biri xəzinəyə özü sahib olmaq istəyəndə, vəziyyət dəyişir. Bakıdan Qoriyə kimi yolda onları xeyli macəra gözləyir.
Çəkilişlər Bakıda, Qusar rayonunda, “Şahdağ” turistik mərkəzində və Qoridə (Gürcüstan) İosif Stalinin muzeyində baş tutmuşdur.
Filmin üzərində işləyənlər Rejissor: Emil Abdullayev İdeya: Ənvər Abbasov Ssenaristlər: Ənvər Abbasov, Samid Ağayev, Tərlan Nur Yaşar, Elnur Hüseynov Operator: Rəşad Qarayev Prodüser: İlkin Həsəni Rəssam: Ceyhun Cəfərquliyev
Rollarda İlkin Həsəni — ŞəmiRamil Babayev — ŞöşüElşən Orucov — FəlakətNicat Rəhimov — ŞirinAzər Baxşəliyev — Ağsaqqalİlkin Misgərli — QılmanÜlfət Bəşir Fazil — DelyaƏnvər Abbasov — MuxtarCeyhun Məmmədov — PənahZəminə Cəfərova — İradəSevda Yahyayeva — Delya
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2016-cı ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı
Xarici keçidlər Filmi izlə
Kateqoriya:2016-cı ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanın komediya filmləri